Pendirli toyuq kotleti – Resept
Bizi izləyin

Mətbəx

Pendirli toyuq kotleti – Resept

Publika.az-ın mətbəx bölməsi pendirli toyuq kotletinin reseptini təqdim edir:

İnqrediyentlər:

2 orta toyuq filesi

100 qram kefiri və ya 2,5 xörək qaşığı mayonez

100 qram pendir

2,5 xörək qaşığı nişasta

Bir baş soğan

Şüyüd və cəfəri - bir dəstənin yarısı

Zövqə görə duz, ədviyyat

Bitki yağı

Hazırlanması:

Toyuq döşünü, pendiri kiçik kub formasında doğrayın. Əgər soğan əlavə etmək qərarına gəlmisinizsə, onu xırda doğrayın. Kefiri, nişastanı, göyərtini, duz və ədviyyatı əlavə edin. Pendir duzlu olduğu üçün duzu bir qədər az tökün. Bütün inqrediyentləri yaxşıca qarışdırın.

Kotleti zəif odda bişirin. Oladi kimi onu qaşıqla da tavaya qoymaq olar. Yuxarıdakı porsiya ərzaqlardan təqribən 15 kotlet alınır.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm