Kartof ruleti - Resept
Bizi izləyin

Mətbəx

Kartof ruleti - Resept

Publika.az-ın mətbəx bölməsi kartof ruletinin reseptini təqdim edir:

İnqrediyentlər:

Kartof - 4 ədəd

Şəkər tozu - 2 çay qaşığı

Hindqozu dənəcikləri - 2-3 çay qaşığı

Duz - 1,5 çay qaşığı

Göyərti - cəfəri, şüyüd, keşniş, reyhan

Qaram-masal və ya sevdiyiniz digər ədviyyat -1 çay qaşığı

Xəmir üçün 100 ml su

0,5 çay qaşığı duz

0,5 çay qaşığı sarıkök

2 çay qaşığı ərinmiş yağ

təxminən 200 qram un

Hazırlanması:

Əgər kartof orta ölçüdədirsə, 4, iridirsə 3, xırdadırsa 6 ədəd kartof götürün. Ümumiyyətlə, təxminən 0,5 kiloqram kartof lazımdır. Qabıqlı qaynadın, soyuduqdan sonra qabığını soyub çəngəllə əzin.

Üzərinə 2 çay qaşığı şəkər, 2-3 çay qaşığı hindqozu dənəcikləri, 1,5 çay qaşığı duz, göyərti (cəfəri, şüyüd, keşniş, reyhan), 1 çay qaşığı qaram-masal və ya istənilən digər sevimli ədviyyat əlavə edin.

Bütün bunları yaxşı qarışdırırıq.

Xəmir hazırlamaq üçün 100 ml su, 0,5 çay qaşığı duz, 0,5 çay qaşığı sarıkök, (şərt deyil) 2 çay qaşığı ərinmiş yağ, təxminən 200 qram un lazımdır.

Suya duz, sarıkök, ərimiş yağ, un səpib xəmir yoğurun.

Xəmiri düzbucaqlı formada yaymağa çalışın.

Kartof içliyi arasına yayın və rulet formasında bükün. Ruletin kənarını əlinizlə bağlayın. Ruleti doğrayın və tavada qızardın.

Əvəvlcə güclü odda qızardırın, sonra daha zəif odda bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm