Kartofdan tülpan - Resept
Bizi izləyin

Mətbəx

Kartofdan tülpan - Resept

Publika.az-ın mətbəx bölməsi kartofdan hazırlanan ləziz tülpanın reseptini təqdim edir:

İnqrediyentlər:

Eyni ölçüdə 9 ədəd kartof

Kərə yağı 9 çay qaşığı

Holland və ya Qauda pendirini 5 mm qalınlığında kəsin

Duz və döyülmüş istiot zövqə görə

Hazırlanması:

Kartofu yuyun, qabığını təmizləyin. Kartofun bir tərəfindən təxminən 1 sm. qalınlığında kəsiklər kəsin, sanki fri kartof doğrayırsınız, amma kəsiyi sona qədər etməyin. Kəsiklər kartofun şaquli dayanmasına mane olmamalıdır.

Duz, istiot, 1 çay qaşığı kərə yağı vurun. İstəyə uyğun bir-iki diş əzilmiş sarımsaq da istifadə etmək olar.

Kartofun üzərinə bir dilim holland dilimi qoyub əvvəlcədən 180 dərəcə isidilmiş sobada təxminən 45-50 dəqiqə bişirin.

Süfrəyə verəndə üzərinə şüyüd səpin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm