Mətbəx
Tatar peraşkisi - Resept
Publika.az-ın mətbəx bölməsi dadı damağınızdan getməyəcək tatar peraşkisinin reseptini təqdim edir:
İnqrediyentlər:
100 qram kərə yağı
2 stəkan un
Bir çimdik duz, soda
1 stəkan kefiri
2 yumurta
İçlik hazırlamaq üçün:
Ət
Kartof
Soğan
Duz
İstiot
Hazırlanma qaydası:
100 qram kərə yağını əridin, un, duz, soda əlavə edin, qarışdırın. Sonra 2 yumurtanı, 1 stəkan kefiri və ya qatığı əlavə edirik. Xəmir yoğurun, lazım olarsa un əlavə edin. Xəmir pelmeni xəmiri kimi yumşaq olmalıdır.
İçi hazırlayın. Çiy kartofu, soğanı, əti kubik formasında doğrayın. Duz, istiot qarışdırın.
Xəmirdən balaca kökə düzəldin, gürcü xəngəli kimi. Ortasını boş saxlayın. Ortasına hazırladığınız içi qoyun, kənarlarını bükün.
Soba tavasına yağlı kağız sərin, 200 dərəcədə bişirin. 20 dəqiqədən sonra sobaya nəzər salın, peraşkilərin içində maye yaranacaq. Onda hər bir peraşkinin içərisinə bir qədər kərə yağı qoyun və tavanı yenidən sobaya qoyun.
20 dəqiqədən sonra yenidən sobaya baxın. Peraşkilər qızarmağa başlayır, daxilindəki bulyon qaynayır. Peraşkilərin üzərinə yumurta çəkin, qaşıqla içliyi yüngülcə basın.
Daha 15 dəqiqə sobada qızardın, peraşkilər hazırdır. Peraşkiləri bir qazana yığın, qapağını örtün. Soyuyanda yeyə bilərsiniz.
Nuş olsun!
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!