Sarımsaq sousunda alabalıq - Resept
Bizi izləyin

Mətbəx

Sarımsaq sousunda alabalıq - Resept

Publika.az-ın mətbəx bölməsi sarımsaq sousunda alabalığın reseptini təqdim edir:

İnqrediyentlər:

Kartof - 6 ədəd

Qaymaq - 250 ml.

Sarımsaq - 2 diş

Un 1-2 xörək qaşığı

Yerkökü - 1 ədəd

Soğan - 1 ədəd baş

Alabalıq - 4 tikə

Kərə və bitki yağları

Ədviyyat zövqə görə

Hazırlanması:

Kərə yağını əridin, bir neçə dəqiqə sonra üzərinə xırda doğranmış sarımsaq əlavə edin. Bir xörək qaşığı un əlavə edib və yüngülcə qovurun. Qaymaq əlavə edərək davamlı olaraq qarışdırın.

Sous qatılaşanda bir balaca qaynadılmış su və ədviyyat əlavə edin: Duz, dəfnə yarpağı və bibər qarışığını da unutmayın.

Daha sonra soğanı sürtgəcdən keçirilmiş köklə qızardın.

Kartofu halqa formasında doğrayın, soba tavasına qoyun, duz, istiot və bir qədər bitki yağı əlavə edin. Kartofun üzərindən yüngülcə duzlanmış balığı düzün. Balığın üzərindən soğanlı kök kütləsini yığın. Bunun üzərindən isə sarımsaq sousunu səpin.

180 dərəcə temperaturda 40-45 dəqiqə qızardın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm