Qaymaq sousunda kartoflu göbələk - Resept
Bizi izləyin

Mətbəx

Qaymaq sousunda kartoflu göbələk - Resept

Publika.az-ın mətbəx bölməsi qaymaq sousunda kartoflu göbələyin reseptini təqdim edir:

İnqrediyentlər:

Kartof 8 ədəd

Göbələk 400 qram

Sarımsaq - 4 diş

Bir dəstə cəfəri

Bitki yağı - 5 xörək qaşığı

Zövqə görə duz, qara istiot

300 ml. yağlı qaymaq

Hazırlanması:

Sobanı 200 dərəcəyədək qızdırın.

Kartofun qabığını təmizləyin, yuyun, nazik halqa formasında dilimləyin. Suda çox yuyun ki, nişastası getsin.

Bu müddətdə göbələyi doğrayın.

Yağı qızdırın və kartofları tavada qızardın. Duz, istiot əlavə etməyi unutmayın. Qaymağı, sarımsağı əlavə edin, elə edin ki, qaymaq kartofun üzərini örtsün.

Digər tavada eyni formada doğranmış göbələyi qızardın.

Cəfərini xırda doğrayın.

Kartofla göbələyi qarışdırın, üzərinə cəfəri əlavə edib sobada 20-30 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm