Mətbəx
Xarço - Resept
Xarço gürcü xörəyidir. Onu qoyun, toyuq, ördək ətindən hazırlamaq mümkündür. Publika.az-ın mətbəx bölməsi xarçonun reseptini təqdim edir:
İnqrediyentlər:
Qoyun və ya mal əti - 600 qram
Soğan - 2 ədəd
Kök - 1 ədəd
Pomidor - 4 ədəd
Şirin bibər - 1-2 ədəd
Sarımsaq - 3-5 diş
Düyü - 4-5 xörək qaşığı
Qoz ləpəsi - 0,5 stəkan
Dənəcəkli qara istiot - 5-10 ədəd
Dəfnə yarpağı - 2 ədəd
Bitki yağı - 2 xörəl qaşığı
Duz - 1,5 qaşığı
Keşniş, cəfəri - 0,5 dəstə
Acı bibər - 1 ədəd
Hazırlanması:
Əti doğrayın, 10 dəqiqə güclü odda tavada qızardın.
Doğranmış soğan, yerkökü əlavə edilir. Daha 10-15 dəqiqə qarışdırılır.
Tərəvəzlə əti qazana qoyun, üzərinə 2,5-3 litr soyuq su əlavə edilir və zəif odda 30-45 dəqiqə qaynadılır, qaynama müddəti ətin növündən də asılıdır.
Pomidoru sürtgəcdən keçirin, şirin bibəri xırda kub formasında doğrayın, ət yaxşı bişəndə bunları da əlavə edin. Düyünü əlavə edin və bişənə qədər bişirilir.
Ən sonda isə əzilmiş istiot, qoz, əzilmiş sarımsaq və dəfnə yarpağı əlavə edilir.
Odu söndürün, xörəyi 20 dəqiqə saxlamaq lazımdır. Xörəyi boşqaba çəkəndə üzərinə halqa formasında doğranmış acı istiot və doğranmış keşniş və cəfəri tökmək lazımdır.
Nuş olsun!
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO