Ağızda əriyən ponçik – Resept
Bizi izləyin

Mətbəx

Ağızda əriyən ponçik – Resept

Publika.az-ın mətbəx bölməsi dadı-damağınızdan getməyəcək, ağzınızda əriyəcək ponçik reseptini təqdim edir:

İnqrediyentlər:

1 banka qatılaşdırılmış süd

4 yumurta

yarım çay qaşığı soda

təxminən 500 qram un

bitki yağı

zövqə görə üyüdülmüş şəkər tozu

Hazırlanması:

1. Qatılaşdırılmış südə yumurta, soda və un əlavə edib, yaxşıca qarışdırın.

2. Xəmiri kolbasa formasına salın, ondan kiçik kündələr düzəldin. Hər bir kündəyə top, kürə forması verin.

3. Kürəciklər qızdırılmış bitki yağında qızılı rəng alana qədər qızardılır.

4. Hazır ponçikləri kağız salfetin üzərinə yığın ki, artıq yağı ona hopsun.

5. Ponçiklər soyuduqdan üzərinə üyüdülmüş şəkər tozu səpin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm