"Şokolad fəvvarə"si - Resept
Bizi izləyin

Mətbəx

"Şokolad fəvvarə"si - Resept

Publika.az-ın mətbəx bölməsi dadı damağınızdan getməyəcək, görünüşü, dadı, hətta adı ilə sizi valeh edəcək "Şokolad fəvvarə"sinin reseptini təqdim edir:

İnqrediyentlər:

Tünd şokolad - 100 qram

Kərə yağı - 100 qram

Yumurta - 2 ədəd

Şəkər tozu - 4 xörək qaşığı

Un - 2 xörək qaşığı

Kakao - zövqə görə

Hazırlanması:

Buxarda - qaynayan qazanın üzərinə qoyulmuş qabda şokolad və kərə yağını əridin.

Bu arada ayrıca qabda yumurtaların ağını çalın, daha sonra şəkər tozunu əlavə edib yenidən çalın. Ağ köpük halına gəldikdə onu mətbəx üçün kürəklə şokolad kütləsinə əlavə edin. Daha sonra unu əlavə edib qarışdırın.

Bir mühüm məsələni də qeyd edək ki, ərinmiş şokolad kütləsi artıq soyuduqda onu un və yumurta ilə qarışdırmaq lazımdır.

Rənginin qəhvəyi olması üçün bir qədər kakao əlavə edin. Bütün bunları mikserlə deyil, mətbəx aləti ilə qarışdırmaq lazımdır. Xəmir kifayət qədər qatı olmalıdır.

Alınan kütləni keramik, silikon keks qablarında 180 dərəcə isidilmiş sobada 7-8 dəqiqə bişirmək lazımdır. Keks qabını xəmirlə çox doldurmayın, bişərkən onun şişəcəyini də nəzərə alın. Soyuduqdan sonra süfrəyə verilir.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm