Pendir sousunda toyuq ruleti – Resept
Bizi izləyin

Mətbəx

Pendir sousunda toyuq ruleti – Resept

Publika.az dadı-damağınızdan getməyəcək pendir sousunda toyuq ruletinin reseptini təqdim edir:

İnqrediyentlər

Toyuq filesi - 400 qram

Vetçinanı - 8 dilim, 250 qram

Yumşaq pendir - 8 dilim, 200 qram

Bərk pendir - 50-80 qram

Zövqə görə duz, istiot, kəklikotu

Sous üçün ərzaqlar:

Sarımsaq 1-2 diş

250-300 qram xama

Xardal - 1-2 çay qaşığı

50 ml. quru ağ çaxır

Zövqə görə duz, istiot, kəklikotu

Hazırlanma qaydası:

Toyuq döşünü döyəcləyin, duz, istiot, kəklikotu vurun. Toyuq döşünün ölçüsü vetçinanın və pendirin ölçüsü qədər olmalıdır.

Lazımi ərzaqlardan sous hazırlayın.

Döyülmüş ətin üzərinə bir dilim vetçina, 1 dilim yumşaq pendir qoyun, aralarına kəklikotu səpin. Rulet formasında bükün və soba tavasına yığın. Sousu isə tavaya tökün. Ruletin üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

200 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm