Pendir sousunda ət – Resept
Bizi izləyin

Mətbəx

Pendir sousunda ət – Resept

Publika.az-ın mətbəx bölməsi çox dadlı, çox ləzzətli bir xörəyin reseptini təqdim edir:

İnqrediyentlər:

Ət - 1,5 kq.

göbələk - 0,5 kq. təzə və ya marina olunmuş 400 qramlıq banka

250 qram yumşaq pendir

1 xörək qaşığı tomat pastası

Ədviyyatlar, göyərti.

Hazırlanması:

İlk növbədə əti 2-4 sm.-lik tikələrə bölün və tavanı zəif oda qoyun. Əti tez-tez qarışdırın ki, hər tərəfi eyni qızarsın.

Göbələyi təmizləyin, üzərinə qaynar su tökün. 10 dəqiqə qaynadın.

Göbələk bişəndən sonra suyunu süzün və soyudun. Soyuduqdan sonra kiçik kubik formasında doğrayın.

Doğranmış göbələyi yaxşı qızarmış ətə əlavə edin, ədviyyatlar vurun.

Tomat pastası vurun və yaxşıca qarışdırın.

Daha sonra yumşaq pendiri tavaya əlavə edin. Zövqünüzə uyğundursa göyərti, 30-50 qram çili və ya sevdiyiniz digər ədviyyatları qata bilərsiniz.

Xörək hazırdır, onu qarnir kimi də istifadə edə bilərsiniz. Və yaxud ayrıca xörək kimi də süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm