“Zümrüd” salatı – Resept
Bizi izləyin

Mətbəx

“Zümrüd” salatı – Resept

Publika.az-ın mətbəx bölməsi görüntüsü ilə gözoxşayan, dadı ilə qəlbi ovsunlayan "Zümrüd" salatının reseptini təqdim edir:

İnqrediyentlər:

200 qram vetçina

3 ədəd yumurta

150 qram yeməli göbələk

100 parmezan pendiri

1 ədəd baş soğan

Mayonez

Duz

Bəzək üçün 2 ədəd xiyar

Hazırlanması:

Vetçinanı kubik şəklində doğrayın.

Yumurtanı qaynadın və qabığını təmizlədikdən sonra xırda kubik şəklində doğrayın.

Soğanı və göbələkləri doğrayıb üzərinə az miqdarda bitki yağı əlavə edib qızardın.

Pendir sürtgəcdən keçirin.

Xiyardan başqa bütün ərzaqları qarışdırın, duz, istiot, mayonez vurun.

Boşqabda salatı təpə formasında yığın, xiyarı nazik halqa formasında doğrayın və arada boşluqlar buraxmaqla şəkildəki formada düzün.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm