Qarpız mürəbbəsi necə hazırlanır?
Bizi izləyin

Mətbəx

Qarpız mürəbbəsi necə hazırlanır?

Yay meyvələri ilə bir-birindən ləzzətli təamlar hazırlamaq mümkündür. Bu gün sizə bəlkə də çoxlarının bilmədiyi qarpız mürəbbəsinin reseptini verəcəyik. Süfrənizin bəzəyinə çevriləcək bu mürəbbəni hazırlamaq elə də çətin deyil.

Lazım olam ərzaqlar:

1 kq. - qarpız qabığı

1,2 kq. - şəkər tozu

Mixək və ya vanil

Limon turşusu və ya yarım limon

Qeyd: qarpız mürəbbəsi üçün qalın qabıq qarpız növləri götürülür.

Hazırlanması:

Qarpız qabığının xaricindəki yaşıl hissələrini soyun. İç tərəfindəki qırmızı qisimlərini çıxarın.

Qabıqları arzu etdiyiniz şəkildə doğrayın və geniş bir qazana tökün. Üzərinə 3 xörək qaşığı soda və 2 litr su qarışımını boşaldıb, 1 gecə bu şəkildə saxlayın.

Qabıqları sodalı sudan çıxarıb yaxşıca yuyun. Yuduqdan sonra qazana qoyub üzərini keçəcək qədər su əlavə edin. 15-20 dəqiqə qaynadın və süzün.

Bir başqa qazana şəkər tozu və 2 su stəkanı su töküb qaynadın. Qaynadıqdan sonra, qaynadılmış qarpız qabıqları, mixək və vanili əlavə edib qabıqlar yaxşıca yumşalıncaya qədər bişirin.

Mürəbbənin şirəsi qatılaşanda üzərinə yarım ədəd limon suyunu əlavə edin və 3-5 dəqiqə daha qaynadın.

Daha sonra ocağın altını söndürün.

Qarpız mürəbbəsini ilıq olaraq qablara boşaldın və soyuyanda qapağını möhkəm bağlayın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm