• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Tomat şirəsində ətli rulet - Resept

  • Mətbəx
  • 4 İyun 2015 12:23
  • 260 Baxış
Tomat şirəsində ətli rulet - Resept

Publika.az-ın mətbəx bölməsi tomat şirəsində ətli ruletin reseptini təqdim edir:

İnqrediyentlər:

Ət üçün 2 çay qaşığı ədviyyat

800 qram sümüksüz mal əti

8 ədəd reyhan

100 qram ovulmuş İsveçrə pendiri

100 qram pomidor

İki xörək qaşığı bitki yağı

Hazırlanması:

1.Bir xörək qaşığı yağı tavaya tökün, üzərinə doğranılmış pomidoru, 1 litr suyu və ədviyyatı əlavə edin. Qaynadıqdan sonra onu kənarda saxlayın.

2. Mal ətini 8 hissəyə ayırın, nazikləşənə qədər əti döyün. Reyhanı doğrayın, pendiri ovun. Hər bir ət parçasının üzərinə reyhanlı-pendirli kütlədən qoyun və onu rulet formasında bağlayın. Əgər ruletin iki hissəsinin daha möhkəm birləşdirmək istəyirsinizsə, diş çöpündən istifadə edə bilərsiniz.

3. Qalan yağı tavaya töküb, qızdırın. Ruletin iki tərəfinin birləşdiyi hissəni tavada 3 dəqiqə qızardın. Sonra tomat şirəsini onun üzərinə əlavə edin və yenidən bişirin.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR