Qəhvə kokteyli - Resept
Bizi izləyin

Mətbəx

Qəhvə kokteyli - Resept

Publika.az-ın mətbəx bölməsi isti yay günlərində dadlı qəhvə kokteylinin reseptini təqdim edir:

İnqrediyentlər:

Süd 200 qram

Buz parçaları 6 kub

Şokolad 100 qram

2 xörək qaşığı qara qəhvə

0,5 stəkan su

Şəkər - 1 xörək qaşığı

Hazırlanması:

İki xörək qaşığı tünd qəhvəni 1 xörək qaşığı şəkər və 0,5 stəkan su ilə dəmləyin. 50 qram şokoladı əridin.

Buz kublarını blenderə tökün, qəhvəni, südü və ərinmiş şokoladı onun üzərinə əlavə edin. Ərzaqları blenderdə çalın.

Kokteyli bir stəkana boşaldın, üzərinə süzgəcin kiçik gözündən keçirilmiş şokolad əlavə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm