Ətli kartof - Resept
Bizi izləyin

Mətbəx

Ətli kartof - Resept

Ətli kartof xörəyinin müxtəlif adları var: draniki, latkes, raqmunk, kremzliki və s. Ətli kartofun bu qədər populyar olması və müxtəlif xalqların ona çeşidli adlar verməsi təsadüfi deyil. Bu kartof oladisi çox dadlıdır...

Beləliklə, publika.az-ın mətbəx bölməsi dadı-damağınızdan getməyəcək ətli kartof xörəyinin reseptini təqdim edir:

İnqrediyentlər:

su - 2 xörək qaşığı

kartof - 1.2 kq.

soğan - 2 ədəd

un – 2 xörək qaşığı

xama – 2 xörək qaşığı

qiymə - 200 qram, mal, toyuq, donuz ətlərindən istifadə etmək olar.

yumurta – 1 ədəd

Hazırlanması:

Kartofu sürtgəcin kiçik gözündən keçirin. Onun artıq mayesini isə süzün.

Kartof püresinə yumurta, xama, un, habelə sürtgəcdən keçirilmiş bir başını soğan əlavə edin. Sözsüz ki, zövqə görə duz və istiot vurulmalıdır.

Ayrıca qabda farşa sürtgəcdən keçirilmış soğan əlavə edin. Duz, istiot və su töküb əti yaxşıca qarışdırın.

Tavaya yağ tökün və qızdırın. Qaşıq vasitəsilə tavada kiçik kökə, oladi düzəldin. Bir tərəfini qızartdıqdan sonra onun qiyməli içini də oladidən daha kiçik formada düzəldin.

Daha sonra ətin üzərini ikinci lay oladi ilə örtün. Ətli kökə iki kartof layının içərisində qalmalıdır. Hər iki tərəfini yaxşı qızardın.

Süfrəyə xama ilə birgə verilir.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm