Xırçıldayan toyuq çubuğu – Resept
Bizi izləyin

Mətbəx

Xırçıldayan toyuq çubuğu – Resept

Publika.az-ın mətbəx bölməsi uşaqların və eyni zamanda böyüklərin də dadını bəyənəcəyi xırçıldayan toyuq çubuğunun reseptini təqdim edir:

İnqrediyentlər:

2 ədəd toyuq döşü

½ stəkan (65 qram) un

2 yumurta

1.25 stəkan (125 q) suxarı

60 ml. bitki yağı

Duz və istiot

Hazırlanması:

Başlanğıc üçün toyuq döşünü soyuq su ilə yuyun, qurudun. Toyuq döşünü mümkün qədər nazik, uzun formada doğrayın.

Çubuq formasında doğranılmış toyuq ətinə duz, istiot vurun.

Sonra ayrıca boşqaba un tökün, ona duz, istiot vurun. Yumurtanı və suxarını da ayrı-ayrı boşqablara tökün.

İlkin olaraq toyuq ətini una, sonra yumurtaya, sonda isə suxarıya batırın.

Qızardılmış və yağ tökülmüş tavada toyuq tikələrini 2-3 dəqiqə qızardın.

Onu süfrəyə müxtəlif souslara təqdim etmək olar.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm