Kartofdan başlanan öpüş - Resept
Bizi izləyin

Mətbəx

Kartofdan başlanan öpüş - Resept

Deyilənlərə görə, bu elə dadlı yeməkdir ki, onu dadan kişi mütləq xanımını öpür. Ona görə də aşpazlar bu xörəyə "Kişi öpüşü" adını veriblər. Beləliklə, Publika.az-ın mətbəx bölməsi "Kişi öpüşü"nün reseptini təqdim edir:

İnqrediyentlər:

kartof - 4 ədəd

kərə yağı - 4 xörək qaşığı

şüyüd - 1 dəstə

sürtgəcdən keçirilmiş pendir - 200 qram

Hazırlanması:

Kartofu qabıqlı şəkildə 200 dərəcə temperaturda sobada təxminən 1 saat qızılı rəng alana qədər bişirin. Bu xörək üçün təzə, qabığı nazik kartofun olması məqbuldur.

Bişəndən sonra kartofun üst tərəfini azca kəsin, içinin yumşaq yerindən bir qədər ovun ki, içərisinə pendiri və kərə yağını qoymaq mümkün olsun. Ancaq əvvəlcə ona duz, istiot vurun.

Sürtgəcdən keçirilmiş pendiri, kərə yağını kartofun içinə doldurun. 10 dəqiqə sobada yenidən bişirin, süfrəyə verəndə üzərinə doğranılmış şüyüd səpin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm