• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Smetan tortu - Resept

  • Mətbəx
  • 12 İyun 2015 14:59
  • 1 317 Baxış
Smetan tortu - Resept

Publika.az-ın mətbəx bölməsi isti yay günlərində süfrənizi bəzəyəcək ləziz smetan tortunun reseptini təqdim edir:

İnqrediyentlər:

2 yumurta

1 stəkan smetan

1 stəkan şəkər tozu

1 paket qabardıcı toz

1,5 stəkan un ağ rəngli xəmir üçün

Kakaolu xəmirin də tərkibi eynidir. Sadəcə həmin xəmirə 1-2 xörək qaşığı kakao əlavə edilir.

Krem üçün:

1,5 stəkan smetan

1 stəkan şəkər tozu

Hazırlanması:

Xəmir üçün ərzaqları yuxarıda göstərilən ardıcıllıqla əlavə edin və yaxşıca çalın. Sonra sobanı 180 dərəcə qızdırın və 20 hər bir layı bişirin.

Kremi çalın və 30-40 dəqiqə soyuducuda saxlayın.

Sonra soyumuş laylara krem çəkin, tortun üzərinə süzgəcdən keçirilmiş şokolad ovuntusu səpə bilərsiniz.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR