Sobada toyuq kababı – Resept
Bizi izləyin

Mətbəx

Sobada toyuq kababı – Resept

Şəhərin bina evlərində kabab bişirmək çətindir və əksər hallarda mümkünsüzdür. Odur ki, publika.az-ın mətbəx bölməsi sobada bişən kababın reseptini təqdim edir:

İnqrediyentlər:

2 ədəd toyuğun filesi

2 xörək qaşığı bitki yağı

2 diş sarımsaq

1 xörək qaşığı şəkər tozu

1 xörək qaşığı qurudulmuş və ya təzə keşniş

1 xörək qaşığı soya sousu

Çili istiotu, duz

Hazırlanması:

Toyuq döşünü yuyub doğrayın. Soğanı doğrayın, ətin üzərinə səpin ki, ət həm yumşalsın, həm dadı ləzzətli olsun.

Daha sonra əti marina etmək üçün sous hazırlayın. Bitki yağına şəkər, keşnişi, soya sousu, sıxılmış sarımsağın şirəsini, duz və istiotu əlavə edin. Bu sousu ətin üzərinə tökün və qabın üzərini plyonka ilə bağlayın, iki saat ət marina olmalıdır.

Bundan sonra sobanı 200 dərəcə qızdırın, ət tikələrini çubuq şişə yığın və 20 dəqiqə sobada bişirin.

Kabab qızılı rəngli almalıdır.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm