• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Düyülü toyuq – Resept

  • Mətbəx
  • 16 İyun 2015 12:34
  • 314 Baxış
Düyülü toyuq – Resept

Düyülü toyuğu yedikdən sonra uzun müddət acmayacaqsınız. Çünki çox doyumlu xörəkdir.

İnqrediyentlər:

1 toyuq 1,5 kq. (və yaxud 8 ədəd bud )

1 orta baş soğan

1 ədəd kök

1 şirin qırmızı bibər

Yaşıl noxud (dondurulmuş olar) 100 qram

500 qram uzun düyü

100 ml. ağ quru şərab

2 diş sarımsaq

Tünd rokoto (çili) istiotu zövqə görə

1/2 çay qaşığı ədviyyat qarışığı

Duz, istiot

Qovurmaq bitki yağı 50 ml.

0,5 litr toyuq bulyonu

Hazırlanması:

1. Toyuğu doğrayın, ətin üzərinə bir neçə yerdən bıçaqla dərin izlər açın. Daha sonra ətə duz, istiot, ədviyyat əlavə edin, döyülmüş sarımsaqla əti sürtün və 15-30 dəqiqə şərabda marina edin. Tez-tez ət tikələrini çevirin.

2.Kağız salfetlə əti qurulayın, sonra geniş qazanda və ya tavada qızdırılmış bitki yağında qızılı rəng alana qədər qızardın. Sonra tikələri boşqaba yığın və soyudun.

3.Tərəvəzləri 1х1 sm kubik şəklində doğrayın.

4 Toyuq qızardılan tavada soğanı, yerkökünü qızardın, amma çox qurutmayın, tərəvəzlərin şirəli qalmasına diqqət yetirin. Bişənə az qalmış yaşıl noxudu da əlavə edin. Tərəvəzlər bir az çiy qalmalıdır.

5. Qazana düyünü tökün, tərəvəzlərlə bir balaca qızardın, yağ əlavə edin.

6. Toyuğun tikələrini düyünün üzərinə yığın.

7. Qazana duz qatılmış bulyon tökün, düyünü üzərini 1 sm. örtməlidir. Bulyon güclü odda qaynadıqdan sonra qazanın qapağını örtün. Zəif odda daha 30 dəqiqə bişirin. Lazım gələrsə, yenə bulyon əlavə edə bilərsiniz.

8. Xörək hazır olanda toyuq tikəsi və düyü ilə yanaşı boşqaba bir dilim limon da qoya bilərsiniz.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR