“Bəxtəvər” tortu – Resept
Bizi izləyin

Mətbəx

“Bəxtəvər” tortu – Resept

Əgər bu resept oxuyursunuzsa, deməli bəxtiniz gətirib. Təsadüfi deyil ki, tortun adı da "Bəxtəvər"dir. Çünki belə sadə resept əsasında hazırlanan tortun bu qədər dadlı olacağı inanılmazdır.

Bu resept əsasında hazırlanmış tort sanki şokolad fəvvarəsidir. Publika.az-ın mətbəx bölməsi tortun reseptini təqdim edir:

İnqrediyentlər və hazırlanması:

Un - 250 qram

Şəkər tozu - 300 qram

Kakao - 55 qram

Soda - 1,5 çay qaşığı

Duz - 1 çay qaşığı

Bunları yaxşı qarışdırın. Ardınca aşağıdakıları əlavə edin:

Yumurta - 2 ədəd

Vanil ekstraktı - bir-iki çay qaşığı

Yumşaq kərə yağı - 60 qram

Zeytun yağı - 60 ml.

Süd - 280 ml.

Şərab sirkəsi - 1 xörək qaşığı, istənilən digər sirkə də istifadə edə bilərsiniz.

Bu qədər inqrediyentlərdən 20 sm. hündürlüyündə bir lay hazırlanır.

Bütün ərzaqları əlavə etdikdən sonra mikserlə qarışdırın. Əvvəlcə topalar əmələ gələcək, amma 3-4 dəqiqə sonra kütlə hamar, həmcins və parlaq olacaq.

Soba tavasını yağlayın, dibinə perqament kağız sərin.

175 dərəcədə təxminən 50-60 dəqiqə bişirin. Əvvəlcə korj sürətlə köpəcək, sonra proses yavaşıyacaq. 40 dəqiqədən sonra hər 5 dəqiqədən yoxlamaq lazımdır.

Tortun hazırlanmasının ipuclarının bilmək çox vacibdir. Beləliklə, tortun korju hazır olduqdan sonra soyudun və qida plyonkasına bükün. Bir neçə saatdan sonra korj yumşaq və zərif olacaq. Özü də 3-4 gün onu saxladıqda belə bərkimir.

Üzərinə istəyidiniz krem hazırlayıb çəkə bilərsiniz, kremə kakao əlavə etməyi unutmayın, üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm