Toyuq budunda gizlənən ləzzət - Resept
Bizi izləyin

Mətbəx

Toyuq budunda gizlənən ləzzət - Resept

Publika.az-ın mətbəx bölməsi içi doldurulmuş toyuq budunun reseptini təqdim edir:

İnqrediyentlər:

Toyuq budu

Göbələk

Soğan

Pendir

Duz, istiot zövqə görə

Hazırlanması:

Toyuq budunun üzərindəki dərini soyun, özünü sümükdən ayırın. Budun içi boş olmalıdır ki, içərisinə ləziz içlik yığa biləsiniz.

Göbələklə soğanı yağda qovurun. Soyuduqdan sonra soğanlı göbələyə ət maşınında çəkilmiş toyuq əti, sürtgəcdən keçirilmiş pendir əlavə edib yaxşıca qarışdırın. Qiyməyə duz, istiot vurun.

İçliyi toyuq budunun içərisinə doldurun və 1 saat 180-200 dərəcə isidilmiş sobada bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm