Kartof kürəciyi – Resept
Bizi izləyin

Mətbəx

Kartof kürəciyi – Resept

Publika.az-ın mətbəx qarnir kimi xörəklərə bəzək verən dadlı kartof kürəciyinin reseptini təqdim edir:

İnqrediyentlər:

800 qram kartof

50 qram kərə yağı

1 ədəd yumurta

üyüdülmüş qırmızı və qara istiot, duz

40 qram buğda unu

bitki yağı

Hazırlanması:

Kartofu yuyun, qabığını soyun, qaynadın. Amma kartofu tam bişirməyin, bir az çiy qalsın. Kartof soyumamış taxta qaşıqla onu əzin. Kərə yağı, çiy yumurta, duz, istiot əlavə edib yaxşıca qarışdırın.

İlıq kartof püresindən kiçik kürəciklər düzəldin. Kürəcikləri buğda ununa batırın.

Bitki yağını yaxşıca qaynatdıqda sonra kürəcikləri tavada qızılı rəng alana qədər qızardın.

Kartof kürəciyini təzə tərəvəzlərlə, göyərti ilə süfrəyə vermək olar. Eyni zamanda, bu, ət xörəklərinin yanında əla qarnir kimi qoyula bilər.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm