"Dairəvi ləzzət" - Resept
Bizi izləyin

Mətbəx

"Dairəvi ləzzət" - Resept

Publika.az-ın mətbəx bölməsi tərəvəzi, göyərtisi bol olan bu dadlı xörəyin reseptini təqdim edir:

İnqrediyentlər:

Kartof - 5 ədəd

Pomidor – 5 ədəd

Bərk pendir - 100 qram

Qiymə - 250-300 qram

Soğan – 1 baş

Sarımsaq - 3-4 diş

Duz, döyülmüş qara istiot

Qurudulmuş italyan otlarının qarışığı və ya reyhan

Cəfəri və şüyüd

Mayonez

Bitki yağı

Hazırlanması:

Kartof qabığını soyun, 10 dəqiqə bişirin, kartof tam bişməməlidir, bir az çiy qalmalıdır. Soğan xırda doğrayın və qiyməyə əlavə edin, duz, istiot vurun. Pomidor həlqə formasında doğrayın. Pendiri sürtgəcin xırda gözündən keçirin.

Bir qədər soyudulmuş kartofu 1 sm. qalınlığında həlqə formasında doğrayın. Yağlanmış kağızı soba tavasına yerləşdirin, kartofları onun üzərinə düzün. Kartofların üzərinə yağ, duz, istiot, ədviyyat, əzilmiş sarımsaq və mayonez çəkin.

Üzərinə həlqə formasından düzəldilmiş pomidor düzün.

Pomidorun üzərinə isə kürə formasında düzəldilmiş qiyməni qoyun.

Sürtgəcdən keçirilmiş pendiri qiymənin üzərinə səpin. Bu xörəyi 30 dəqiqə 180-200 dərəcədə sobada bişirin.

Xörək hazır olandan sonra üzərinə doğranmış göyərti tökün.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm