Sirli boğça - Resept
Bizi izləyin

Mətbəx

Sirli boğça - Resept

Publika.az-ın mətbəx bölməsi dadı damağınızdan getməyəcək "Sirli boğça"nın reseptini təqdim edir:

İnqrediyentlər:

Donuz və ya toyuq əti

Turşuya qoyulmuş göbələk

Sarımsaq

Yumşaq pendir, göbələkli pendir də olar

Hazırlanması:

Əti doğrayın və mətbəx taxtasında döyəcləyin. Duz, istiot vurun. Ət parçasının üzərinə bir diş sarımsaq, doğranılmış göbələk, bir dilim pendir qoyun.

Ətin kənarlarını boğça kimi toplayın və diş təmizləyən çubuğun köməyi ilə bağlayın.

Hər bir boğçanı folqanın üzərinə qoyun, piyalə formasında. Şəkildə göründüyü kimi. Üzərinə də duz, istiot səpin.

15 dəqiqə folqada bişirin, sonra boğçanı sobadan çıxarın, folqasını çıxardıqdan sonra üzərinin qızarması üçün yenidən 10-15 dəqiqə sobada bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm