Kəsmikli, meyvəli yay tortu - Resept
Bizi izləyin

Mətbəx

Kəsmikli, meyvəli yay tortu - Resept

Publika.az-ın mətbəx bölməsi asan hazırlanan, bişirilməyə ehtiyac olmayan kəsmikli, meyvəli tortun reseptini təqdim edir:

İnqrediyentlər:

Kəsmik - 200 qram (içlik üçün yağlı kəsmik seçin, yaxşı olardı ki, onu ələkdən də keçirəsiniz.

Xama, yağlılığı 20% - 500 qram

Kərə yağı - 180 qram

Qum peçenye - 400 qram

Jelatin - 30 qram

Şəkər tozu - 1 stəkan

Üzüm - 500-700 qram

Qoz ləpəsi - bəzək üçün

Hazırlanması:

Su hamamında kərə yağını əridin. Blenderdə və ya yaxud əllə peçenyeni ovxalayın. Onu əridilmiş yağla qarışdırın. Bir az soyumasını gözləyin.

Tort qabına peçenyeli kütləni yayın, 1-2 saatlıq soyuducuda saxlayın.

Jelatinin üzərinə bir stəkan su tökün, köpməsi üçün 40-60 dəqiqə gözləyin. Qabarmış jelatini zəif atəşdə həll olunana qədər qarışdırın. Sonra soyumasını gözləyin.

Şəkəri, xamanı və kəsmiyi blenderdə yaxşı çalın. Soyumuş jelatin kütləsini kəsmik kütləsi ilə qarışdırın.

Soyuducuda donmuş soyuq korjun üzərinə kəsmikli kremi çəkin. Yenidən qabı soyuducuda 40 dəqiqə saxlayın.

Sonda tortu şəkildə gördüyünüz şəkildə bəzəyin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm