Ləziz mandarin dondurması – Resept
Bizi izləyin

Mətbəx

Ləziz mandarin dondurması – Resept

Bu üsul ev dondurmanın hazırlanması olduqca sadədir! Ən əsası bu meyvəni sevməyənlər onu şokoladla, qarağatla, moruq ilə əvəz edə bilərlər. Ananas, ərik, manqo da bu dondurmada fərqli dad yaradır. Ağız dadınıza və fantaziyanıza əsasən, dəyişiklər mümkündür.

Beləliklə, Publika.az-ın mətbəx bölməsi ləziz mandarin dondurmasının reseptini təqdim edir:

İnqrediyentlər:

Mandarin - 8 ədəd, 250 qram

20 faiz yağlılığı olan xama - 400 qram

Qatlaşdırılmış süd – 1 banka

Hazırlanması:

Mandarininin qabığını soyun, blenderdə əzin.

İstəkdən asılı olaraq püreni ələkdən də keçirmək olar. Bununla onu lifindən tamamilə ayırmış olacaqsınız. Onda dondurmanın dadı daha zərif olur.

Sonra blenderdə xamanı, qatlaşdırılmış südü, mandarin püresini qarışdırın. Onu plastik qaba tökün və soyuducunun dondurucu kamerasına qoyun.

Amma arada qarışdırın ki, içərisində buz kristalları yaranmasın. 6 saat sonra dondurma hazırdır.

Mandarin dondurmasını süfrəyə verəndə üzərinə mandarin siropu və ya sadəcə təzə mandarin şirəsi tökmək olar. Şirəni hazırlamaq üçün 2-3 mandarinin şirəsini çıxardın, 1 çay qaşığı şəkər tozu ilə qarışdırın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm