Badımcan yelpiyi – Resept
Bizi izləyin

Mətbəx

Badımcan yelpiyi – Resept

Badımcan yay aylarında ən çox istifadə edilən tərəvəzdir. Badımcan A, B1, B2, B3, B6, C vitaminləri, fosfor, kalsium, dəmir, natrium və kaliumla zəngindir.

Publika.az-ın mətbəx badımcan yelpiyi xörəyinin reseptini təqdim edir:

İnqrediyentlər:

2 badımcan

1 bolqar bibər

2 pomidor

5-6 dilim sarımsaq

100 qram pendir

200 qram xama

Göyərti

Hazırlanması:

Soba tavasını yağlayın. Badımcanı dilimləyin, amma sona qədər kəsməyin. Üzərinə bitki yağı çəkin.

Bibəri, pomidoru dilim-dilim doğrayın.

Bibəri və pomidoru badımcanın aralarına doldurun.

Pendiri, sarımsağı sürtgəcdən keçirin, mayonez, duz, istiot vurun. Bu sousu badımcanın üzərinə çəkin.

220 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirin.

Süfrəyə verəndə üzərinə göyərti səpin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm