“Unudulmaz” – Resept
Bizi izləyin

Mətbəx

“Unudulmaz” – Resept

Publika.az-ın mətbəx bölməsi çox ləzzətli, meyvəli elə adı ilə insanı heyran edən “Valehedici” piroqunun reseptini təqdim edir:

İnqrediyentlər:

Kərə yağı – 120 qram

Süd 40 ml.

Yumurta - 3 ədəd

Şəkər 165 qram

Qabartma tozu 1,5 çay qaşığı

Ərik və ya istənilən digər meyvə, giləmeyvə 15 ədəd

Buğda unu 150 qram

Hazırlanması:

Yumşalmış kərə yağını şəkərlə qarışdırın.

Yumurta əlavə edib yenə də yaxşıca qarışdırın.

Süd tökün.

Unu və qabartma tozunu əlavə edin.

Bir az qatı xəmir olmalıdır.

Soba qabını yağlayın və xəmiri tökün.

Üzərinə ikiyə bölünmüş ərik düzün.

180 dərəcəyədək isidilmiş sobada hazır olana qədər bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm