Vetçinalı, pendirli, tərəvəzli İtaliya salatı - Resept
Bizi izləyin

Mətbəx

Vetçinalı, pendirli, tərəvəzli İtaliya salatı - Resept

Publika.az-ın mətbəx bölməsi faydalı, eyni zamanda dadlı - vetçinalı, pendirli, tərəvəzli İtaliya salatının reseptini təqdim edir:

İnqrediyentlər:

300 qram vetçina

2 ədəd pomidor

2 ədəd bolqar bibəri

400 qram makaron

300 qram konservləşdirilmiş qarğıdalı

200 qram pendir

Zövqə görə mayonez

Hazırlanması:

1. Makaronu duzlu suda qaynadın, yaxşı olardı ki, spiralvari makaron seçəsiniz. Suyunu süzün və soyudun.

2. Vetçinanı nazik dilim, pomidor və bibəri kub şəklində doğrayın. Pendiri sürtgəcdən keçirin.

3. Bütün inqrediyentləri qarışdırın, duz, istiot, mayonez vurun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm