Yoqurtlu, meyvəli tort
Bizi izləyin

Mətbəx

Yoqurtlu, meyvəli tort

Publika.az asan hazırlanan, yüngül, ləziz yoqurtlu tortun reseptini təqdim edir:

İnqrediyentlər:

Kərə yağı - 70 qram

Peçenye (qum) - 200 qram

Kivi - 5 ədəd

Banan - 2 ədəd

Yoqurt - 0,5 litr

Şəkər tozu - 70 qram

Limon şirəsi - 1 xörək qaşığı

Jelatin - 4 çay qaşığı

Hazırlanması:

Korjun əvəzinə xırdalanmış peçenye istifadə edəcəyik. Qum peçenye istifadə edirik ki, onu xırdalamağa xüsusi ehtiyac olmasın. Beləliklə, peçenyeyə buxarda əridilmiş yağ əlavə edib yaxşıca qarışdırırıq.

Yağla peçenye yaxşı qarışmış kütlə halına gələndə onu tort, piroq qabına tökün. Əvvəlcədən qaba yağlı kağız sərin. Qabı soyuducuda 30 dəqiqə saxlayın. Soyuducuya qoyanda üzərinə plyonka çəkməyin unutmayın ki, o artıq qoxuları çəkməsin.

Tortun korju soyuducuda sərinləşəndə boş yerə vaxt itirməyin və dərin bir qaba yarım stəkan su tökün, jelatin əlavə edib yaxşıca qarışdırın, 25 dəqiqə onun şişməsini, köpməsini gözləyin.

Kivilərin qabıqlarını soyun, kub formasında doğrayıb qazana tökün. Həmin qazana şəkər tozu, limon şirəsi əlavə edib odun üzərində kivi şirəsini buraxana qədər 5-10 dəqiqə bişirin.

Kivi siropu soyuduqdan sonra ona jelatin, yoqurt əlavə edib yaxşıca qarışdırırıq.

Korju soyuducudan çıxardın. Üzərinə həlqə formasında kəsilmiş banan düzün.

Hazırladığınız kivili, yoqurtlu kütləni bananın üzərinə tökün və qabı soyuducunun dondurucu kamerasında 6 saat saxlayın.

6 saatdan sonra tortu qabından səliqə ilə çıxardın. Üzərini badamla, kivi ilə və ya zövqünüzə uyğun digər meyvə ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm