Sobada bişirilməyən albalı tortu - Resept
Bizi izləyin

Mətbəx

Sobada bişirilməyən albalı tortu - Resept

Publika.az-ın mətbəx bölməsi sobada bişirməyə ehtiyac olmayan albalı tortunun reseptini təqdim edir:

İnqrediyentlər:

150 qram biskvit peçenye

125 qram kərə yağı

300 qram kəsmikli pendiri

150 qram təbii yoqurt

100 qram 11%-li qaymaq

2 xörək qaşığı limon şirəsi

10 qram jelatin

50 qram şəkər tozu

Vanil

Albalı rəngli jele

Təzə albalı

Hazırlanması:

Peçenyeni blenderdə xırdalayın. Kərə yağını əridin və xırdalanmış peçenye ilə birləşdirin.
Diametri 25 sm olan soba tavasına bişirmə kağızı sərin, üzərinə peçenyeli xəmiri tökün və 30-40 dəqiqə soyuducuda saxlayın.

Jelatini qaymaqda yumşaldın, şişməyini gözləyin. 20-30 dəqiqə sonra buxar hamamında qarışdırın. Buxar hamamı üçün qaynayan qazanın üzərinə qabı yerləşdirmək lazımdır, qabdakı kütlə buxarın gücü ilə əriməlidir. Jelatin əriyəndə götürün. Qaynama həddinə çatdırmayın. Soyudun.

Kəsmikli pendiri limon şirəsi, yoqurt, şəkər, vanil ilə qarışdırın. Jelatindən şişmiş kremə əlavə edin və yaxşıca qarışdırın.

Kremi korjun üzərinə çəkin və 2 saat soyuducuda saxlayın ki, kremi hopsun.

Albalını tortun üzərinə səpin, üzərinə isti jele tökün. Hazır tortu soyuducuya qoyun. Bərkidikdən sonra kəsin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm