• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kartoflu qarmon - Resept

  • Mətbəx
  • 6 İyul 2015 12:02
  • 350 Baxış
Kartoflu qarmon - Resept

Publika.az-ın mətbəx bölməsi çox tez hazırlanan, dadlı və ləzzətli xörəyin reseptini təqdim edır:

İnqrediyentlər:

Kartof

Pendir

Bekon (hisə verilmiş, duzlanmış donuz əti)

Kartofun qabığını təmizləyin. Üzərində kəsiklər açın. Amma kəsiyi sona qədər açmayın. Kartof sanki bir qarmona və ya yelpiyə bənzəməlidir. Aşağıdakı fotolara nəzər salın. Duz, istiot vurun.

Kartofların kəsiyinə bir dilim pendir, bir dilim bekon qoyun.

Kartofu folqaya bükün və sobada 40 dəqiqə bişirin. İstəsəniz folqanın içərisinə 1-2 diş sarımsaq da ata bilərsiniz.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR