39 milyardlıq monarx - Video, Foto
Bizi izləyin

Milyonçu

39 milyardlıq monarx - Video, Foto

Dubay əfsanəsini o yaratdı – İndi 39 milyard dolları, 21 övladı, 2 həyat yoldaşı var

Onun 39 milyard dolları, 21 övladı, rəsmi nikahda 2 həyat yoldaşı, nadir cins atları, ən nəhayət, dünyanın ən gözəl şəhəri var. Böyük qardaşından təhvil aldığı hakimiyyəti 8 ildir idarə edir. Qonşu krallıqlarla qohum olmaqla dayaqlarını daha da möhkəmləndirir. “Forbs” onu dünyanın güclü monarxlarından sayır. Söhbət Dubayın yaradıcıları olan Əl Məktumların 4-cü varisi Məhəmməd ibn Rəşid Əl Məktumdan gedir

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Məhəmməd ibn Rəşid Əl Məktumun həyat hekayəsini təqdim edir

Əl Məktumlar

Məhəmməd ibn Rəşid Əl Məktum (ərəbcə: محمد بن راشد المكتوم), həmçinin məşhur Şeyx Məhəmməd Birləşmiş Ərəb Əmrliklərinin uzun illər idarəçilərindən olan əl- Məktum nəslindəndir. Əl Məktumlar Əl Nəhyanlar kimi kökləri ərəb klanı Al Fələziyə dayanır. Sonuncular 18-ci əsrin ortalarından Birləşmiş Ərəb Əmirliklərində dominantdırlar. 1833-cu ildə Əl-Abu-Falaxa klanı Əl-Məktumu nəslinin rəhbərliyi Dubaya yerləşirlər. Burada müstəqil əmirlik yaradırlar. BƏƏ-nin digər əmirliklərindən fərqli olaraq burada hakimiyyət atadan varisə çox əminamanlıqla keçirdi.

4-cü əmir

Məhəmməd ibn Rəşid Əl Məktuma gəlincə 22 iyul 1949-cu ildə anadan olub. Dubayın 2-ci (1900-1958) əmiri Rəşid ibn Səyid Əl Məktumun dörd oğlundan üçüncüsüdür. Anası şeyx Lətifə bint Həmdan ben Zaid Əl Nəhyan isə Abu-Dabi əmirliyinin hakim ailəsindəndir. Qardaşları Məktum ibn Rəşid Əl Məktum (Dubayın 9-cu əmiri), şeyx Həmdan ibn Rəşid Əl Məktum (Dubay şəhzadəsi, BƏƏ-nin maliyyə və sənaye naziri ), şeyx Əhməd ibn Rəşid Əl Məktumdur.

Onu da bildirək ki, Məhəmmədin atası Rəşid ibn Seyyid Əl Məktum Dubayı şəhərə çevirən şəxsdir. Məhz onun sayəsində Dubay ticarətə və kommersiyaya açıq elan edilib. 1960-cı ildə Dubay əmirliyi qızıl və məişət texnikası qaçaqmalçılığının vətəni sayılır. Rəşid ibn Səyid Əl Məktum 1963-cü ildə ilk müasir Dubay nəqliyyat yolunu və Əl Məktum körpüsünü inşa etdirib. 1967-1972-ci ildə Port-Rəşidi, daha sonra Jebel-Əli limanını, beynəlxalq Dubay ticarət mərkəzi olan “Dubai Mall”ı saldırıb. Jebel Əli sərbəst ticarət zonasını yaradıb. Deyilənlərə görə, bütün bu layihələrdə kiçik oğlu şeyx Məhəmmədin rolu böyük olur. Əla ovçu və peşəkar atıcı olan Rəşid ibn Səyid Əl Məktumun məşhur frazası isə belə idi: “Babam və atam dəvədə,amma mən “Mercedes”də gəzirəm. Oğlum “Land Rover”də, onun oğlu da “Land Rover”də gəzir. Amma nəticəm dəvədə gəzəcək”.

1971-ci ildə Dubay, digər müstəqil əmirliklərlə birgə Birləşmiş Ərəb Əmirliyinin tərkibinə daxil edilib. Şeyx Rəşid yeni dövlətin vitse-prezidenti seçilib. Onun oğlu, Məktum ibn Rəşid Əl Məktum baş nazir elan olunub. 1990-cı ildə Rəşid ibn Səyidin ölümündən sonra hakimiyyət Məktum ibn Rəşidə keçib. Şeyx Məktum 2006-cı ilə qədər Dubay əmirliyini idarə edib. Belə ki, 2006-cı ilin 4 yanvarında Avstraliyaya səfəri zamanı Məktum vəfat edib. Beləliklə də Məhəmməd ibn Rəşid Əl Məktum Dubayın 4-cü əmri olub.

Britaniyaya oxumağa gedir

4 yaşında Məhəmməd xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl –Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o ərəb dili qramatikası, riyaziyyat, coğrafiya, ingilis dili öyrənib.

Çalışqanlığına, fəallığına görə, seçilən şagird olan Məhəmməd 10 yaşında “Əl-Şaab” məktəbinə,iki il sonra Dubay orta məktəbinə gedib.Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. Bell Educational Trusts English Language School-da təhsil alıb. Hansıki sözügedən təhsil müəssisəsi Avropada bir nömrə sayılırdı. Yeri gəlmişkən, bu səfərdə ona qohumu Məhəmməd ibn Xəlifə Əl Məktum yoldaşlıq edib (ümumiyyətlə Əl Məktum ailəsi çox mehraban olduğundan Məhəmməd əmi uşaqları ilə birlikdə böyüyüb).

Kembricdə nəşəli tələbəlik həyat

Kembricdə enerjili tələbəlik həyatı

Şeyx Məhəmməd Kembricdə enerjili tələbəlik həyatı sürür. Elit məktəbdə təhsil alan gələcəyin əmiri bir çox millətlərin mədəniyyəti ilə tanış olmaq imkanı qazanır. Müxtəlif ölkələrdən olan sinif yoldaşlarından onların mədəniyyətlərini öyrənir. Hələ 20 yaşında ikən gələcək həyatı ilə bağlı dörd cizgini müəyyənləşdirir - hərbi bilik, siyasət, ədəbiyyat və idman. Təhsilini bitirdikdən sonra ölkəsinə qayıdan Məhəmməd 1971-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri olur. 1995-ci ildə qardaşı şeyx Məktum onu Dubay şəhzadəsi elan edir. 2006-cı ildə şeyx Məktumun ölümündən sonra Məhəmməd Dubayın 4-cü əmri olur. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin vitse prezidenti, baş naziri vəzifəsini həyata keçirir. 1 fevral 2008-ci ildə o oğlu Şeyx Həmdan ibn Məhəmməd ibn Rəşid Əl Məktumini Dubay şahzadəsi elan edir.

Dünyanın ən ilginc tikililərinin müəllifi

Dubayın bu gün dünyanın ən gözəl şəhəri olmasında şeyx Məhəmmədin rolu böyükdür. Məhz onun rəhbərliyi ilə əfsanəvi “Burj Al Arab” hoteli tikilib. Süni arxipelaq Palm Islands, Ski Dubais Snow Park yaradılıb. Dünyanın ən hündür binası olan “Burj Khalifa” (828 m) layihəsi də şeyx Məhəmmədin adı ilə bağlıdır. Nəzərə çatdıraq ki, Məhəmmədin son layihəsi Məhəmməd ibn Rəşid City meqa şəhərinin tikintisidir. Milyard dollarla ölçülən layihəni Dubai Holding və Emaar Properties şirkəti maliyyələşdirəcək.İnşaat işlərinin 2030-cu ildə başa çatdırılması proqnozlaşıdırılır.

Məhəmməd iş dünyasında bir o qədər səriştəli deyil. O hələ şəhzadə ikən “Dubai Holding” i də təsis edib. Bu şirkətin səhmlərinin 99,67 faizi Əl Məktuma məxsusdur.Yeri gəlmişkən, “Dubai Holding”özünün gərgin maliyyə vəziyyəti və böyük həcmdə borcları ilə məşhurdur.

İki arvad, 21 rəsmi uşaq

Şeyx Məhəmməd ilk dəfə 1979-cu ildə evlənib. Onun birinci arvadı Şeyx Hind bint Məktum ibn Yumə Əl Məktumdur. Bu evlilikdən oların 12 uşağı var. Şeyx Hind bint Məktum ibn Yumə Əl Məktum bir zamanlar Dubayın hakimi olan sülaləyə məxsusdur. O həmçinin Dubay şəhzadəsi Şeyx Həmdan ibn Məhəmməd ibn Rəşid Əl Məktuminin anasıdır. İkinci arvadı Haya isə İordaniyanın əvvəlki kralı Hüseyn ibn Talalın qızı, hazırkı kral 2-ci Abdullahın ögey bacısıdır. Bir neçə il əvvəl baş tutan evlilik iki krallıq arasında əlaqələrin sıxlaşdırılmasına xidmət edir. Bildirək ki, Haya Məhəmmədən yaşca çox kiçikdir. 2009-cu ildə onların evliliyindən qızları, 2012-ci ildə isə oğlanları dünyaya gəlib. Ümumilikdə, şeyx Məhəmmədin 21 övladı - 9 oğlu, 12 qızı var. Qızlarından biri şeyx Meysə Pekində keçirilən Olimpiya Oyunlarında ölkəsinə medal gətirən ilk ərəb qadın idmançıdır.Oğlu Hamdan ibn Mühəmmıd ibn Rəşid Əl Məktum Asiya Olimpiya oyunlarında qızıl medal alıb.

Bir məqamı da qeyd edək ki, Məhəmmmədin uşaqlarına milli ərəb incəsənətinin, poeziyasının vurğunudurlar. Bütün ailə eləcə də İordaniyanın, Fələstinin, Yəmənin, Misirin inkişaf layihələrində iştirak edirlər.

Şahzadə Haya

Şahzadə Haya bint Əl Hüseyn 1974-cü ildə İordaniya kralı Hüseynin ailəsində anadan olub. Anası Aliyə helikopter qəzasında faciəvi şəkildə vəfat edib. Haya yüksək ali təhsil alıb. İngiltərədə qızlar üçün məktəbə Badminton School-a gedib. Sonra Oksford daxilindəki Müqəddəs Hilda Kollecində təhsil alaraq oranı siyasət və iqtisadiyyat üzrə fərqlənmə diplomu ilə bitirib. Haya Məhəmmədlə evliliyi olmasaydı bəlkə də İngiltərədə qalardı.

Haya Məhəmmədin birinci arvadından fərqli olaraq cəmiyyət arasında görünməyi sevir. O da əri kimi idman həvəskarıdır. 2000-ci ildə o, Sidneydə keçirilən oyunlarda İordaniyanı təmsil edib.

Hərəmxana sahibi

Bəzi mənbələrdə Dubay əmirinin 4 arvadı var idi. Əmirin daha bir neçə arvadı – cariyəsi olduğu deyilir. Onlardan övladı yoxdur.

Dubayın hakim ailəsi Bəhreyn kral sülaləsi ilə də qohumluq əlaqələri yaradıb. Bəhreyn monarxının şeyxi Hamad Əl Xəlifin dördüncü oğlu şeyx Məhəmmədin 9 qızından beşincisi ilə evlənib. Toy Dubay və Manamada baş tutub. Şeyxin gəlini haqqında ancaq bir şey məlumdur ki, o çox gəncdir. Bəy qaynatası kimiat yarışları ilə məşğul olur.

.

Əl Məktumların hobbisi

Məhəmməd və onun çoxsaylı övladları ərəb incəsənətinin qatı pərəstişkarlarıdır. Şeyx Məhəmməd şeir yazır. Bundan əlavə o, 2007-ci ildə Yaxın Şərqdə təhsilin inkişafına 10 milyard dollar ayrıcağını vəd edib.

Onun sözlərinə görə, bu pul sivil dünya ilə ərəb dünyası arasındakı uçurumu aradan qaldıracaq.

Əl Məktum klanınını ən böyük hobbisi idmandır. Xüsusilə at və dəvə yarışlarına böyük maraq göstəririlər. Rəşid Əl Məktum 2006-cı ildə keçirilən 15-ci Asiya Oyunlarında dözümlülüyə görə qızıl medal alıb. Eləcə də o, Əhməd, Məcid, Həmdan Əl Məktumların daxil olduğu yığmada da qızıl medalı əldə edib.

Şeyx ənənəvi ərəb məşğuliyyəti olan cins atların saxlanmasına az zaman ayrımır.Əl Məktum haqlı olaraq cins atlar yetişdirən dünyanın ən böyük sahibkarı sayılır. Cins atlara milyonlar sayan şeyx 1983-cü ildə ata 40 milyon dollar ödəyib.

Varidatı

“Forbes”in 2010-cu ilə olan qiymətləndirməsinə görə, ərəb əmirinin varidatı 12,3 milyard dollar olub. 2013-cü ildə jurnal dünyanın ən varlı monarxları siyahısında şeyx Məhəmmədin sərvətini 25 milyard avro (39,5 milyard dollar) səviyyəsində göstərib. 2005-ci ildə nüfuzlu "Time" jurnalı isə onu idarəetmə, menecment, marketinq, ixtiralar sahəsindəki həlledici roluna görə dünyanın ən görkəmli şəxsiyyətləri sırasına daxil edib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm