5 sent qazancla başladı, indi 59 milyardı var - Foto
Bizi izləyin

Milyonçu

5 sent qazancla başladı, indi 59 milyardı var - Foto

5 sent qazancla başladı , indi 59 milyardı var - Foto

O, pul mövzusunda inanılmaz dərəcədə istedadlıdır. Hələ altı yaşında ikən atasının dükanından 25 sentə aldığı “Coca-Cola” şüşələrini 5 sent qazancla sataraq pul qazanmağa başlayıb. 11 yaşı olanda isə yüksək maliyyə dünyasına addım atıb. Atasının yanında işə başlayıb. İlk satın aldığı hissələr dəyər qazanan kimi satıb. Lakin bir neçə il sonra bu hissələrin yüksəldiyini gördükdə peşman olub. Perespektivli şirkətlərə uzun müddətli sərmayə qoyulmasının vacibliyini öyrənib.Söhbət “Forbes” jurnalının dünya zənginləri ilə bağlı hazırladığı siyahıda 4-cü sıranı tutan, 58, 2 milyard dollara sahib Uorren Baffetdən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində amerikalı iş adamının həyat hekayəsini təqdim edir.

Universitetə qəbul olmaq istəmir

Uorren Baffet 1930-cu iilin 30 avqustunda Omahada anadan olub. O, biznesmen və siyasətçi Hovard Baffet və həyat yoldaşı Leyla Ştalın 3 övladından ortancılıdır. Birinci təhsilini Omahada Rose Hill Elementary Schoolda alıb. Lakin 1942-ci ildə atasının ABŞ Konqresinə seçkilərdə qələbəsindən sonra ailəsi ilə birlikdə Vaşinqtona gəlib.

Baffet, beləliklə, Alice Deal Junior High School-u və Woodrow Wilson High School-u bitirir. 1947-ci ildə orta məktəbi bitirən gələcək milyader universitetə qəbul olmağı düşünmürdü. Lakin atasının israrı ilə Wharton School of Finance at University of Pennsylvania –ya qəbul olunur. Bununla belə Uorren bu universiteti bitirə bilmir. Atasının 1948-ci ildə konqresdə seçkiləri uduzmasının ardınca Omahaya qayıdır. University of Nebraska-Lincolna transfer olunur. Ciddi səy nəticəsində 3 il ərzində universiteti bitirir.

Valideynlərinin Harvard Business Schoola müraciət etməsini təkid etməsinə baxmayaraq, çox gənc olduğu üçün bu addımı atmır. 1950-51-ci illərdə Kolumbiya Universitetinin magistr kurslarının dinləmələrində iştirak edir. Orda müəllimlərindən biri məşhur iqtisadçı Benjamin Graham olur.

6 yaşından pula sevgi

Baffetin pula sevgisi 6 yaşından başlayıb. Babasının dükanından 25 sentə Сoca-Сola qablaşdırmalarını satın alaraq şüşələri 5 sent qazancla satarmış. Beləcə uşaq-biznesmen ilk gəlirini götüb. 11 yaşında Uorren ilk dəfə özünü birjada sınayır. Bacısı Dorislə “Cities Service”in imtiyazlı səhmlərinin hər birini 38,25 dollara alır. Satışdan sonra əvvəlcə səhmlərin dəyəri 27 dollara düşsə də sonrada 40 dollara qədər yüksəlir. Bu halda Baffet səhmlərini satır. Maraqlıdır ki, bir neçə gündən sonra “Cities Service”in imtiyazlı səhmləri 202 dollara qədər yüksəlir. Bu, ilk uğursuz təcrübə Baffetə dərs olur. O, investorun təmkinli olmasını, təxribata getməməsini , qiymətlərin düşdüyü zaman qısa müddətli faydalar üçün səhmləri satmamağı, başqasının pulunu investisiya edərkən (Baffet təkcə özünün deyil, bacısının səhmlərini də ucuza satdığından özünü günahkar sayırdı) uğura əmin olmağın vacibliyini öyrənir.

Batan şirkəti alaraq Amerika maliyyə bazarının birincisi edir

Təhsilini bitirdikdən sonra investisiya sahəsində gənc istedadlı mütəxəssis olan Baffet müxtəlif təşkilatlarda işləyir.Əslində o, Uoll Strietdə işləmək istəsə də, həm atasının, həm də Benjamin Grahamın etirazları ilə üzləşir. Bunun əvəzində Graham ona yanında pulsuz işi təklif edir. Amma Baffet buna razılaşmır və Omahaya qayıdır. Bu dövrdə birja dəllalı kimi işləməklə bərabər kurslarda mühazirə oxuyur. University of Nebraska-Lincolna-da "Sərmayə qanunları" mövzusunda gecə dərsləri verir.

1954-cü ildə Graham, Baffetə yenə iş təklif edir. Bu dəfə ödənişlə. Baffet onunla 2 il işləyir. Graham təqaüdə çıxandan sonra yenidən Omahaya dönür. 1956-cı ildə ailəsinin, dostlarının köməyi ilə sərmayə ortaqlığı olan “Buffett Associates” LTD-ni qurur. 6 il sonra müəssisə “Buffett Partnership” Ltd adlandırılır. 1962-ci ildə iş adamı iflasa yaxın olan “The Berkshire Hathaway” tekstil şirkətinin aktivləri ilə maraqlanmağa başlayır.1965-ci ildə o şirkətin səhmlərinin 49 faizini əlində cəmləşdirməyi bacarır. 1970-1990-cı ildə “The Berkshire Hathaway” Amerikanın maliyyə bazarında liderə çevrilir. Üç yarım on illikdə onun investisiya portfelinə “American Express”, “The Washington Post Co”., “GEICO”, “Coca-Cola Co”., “Gillette”, “McDonald's Corp”., “Wells Fargo & Company” və digər məşhur şirkətlərin səhmləri daxil edilir.

2000-ci ilin əvvəlində “The Berkshire Hathaway” beynəlxalq bazarlara çıxır. Baffetin maraq dairəsinə Çinin “PetroChina”, Cənubi Koreyanın “Kia Motors Corp”. və “Shinyoung Securities Co.”, İsrailin “Iscar Metalworking Comp” kimi şirkətləri daxil olur. 2004-cü ildə Bill Qeyts “Berkshire Hathaway”in İdarə Heyətinə müstəqil direktor kimi daxil olur. Bu şəkildə Bill milyaderlərin siyahısında onu 4-cü sırada izləyən Baffetlə dostluqlarını rəsmiləşdirir. 2008-ci ilin yazında isə o, Qərbi Avropa ölkələrinə yola düşərək burada biznes müqavilələri imzalayır. 2009-cu ildə iş adamı “Burlington Northern Santa Fe”. dəmiryolunu 26 milyard dollara satın alır. 2011-ci ildə İMB şirkətinin səhmlərinin 5,5 faizinə 10,7 milyard dollar ödəyir.

İş adamı milyarder kimi

Baffet illərdir “Forbes”in siyahısında ön sıranı tutur. 2008-ci ildə o milyaderlərin siyahısına rəhbərlik edib. 2013-cü ildə isə jurnal onun sərvətini 58,2 milyard dollar qiymətləndirib. Onu da bildirək ki, 2010-cu ilin iyununda Baffet sərvətinin 50 faizini(təxminən 37 milyard dolları) xeyriyyə fonduna bağışladığını elan edib. Bundan böyük pay Bill və Melinda Qeytslərin idarə etdiyi fonda düşüb. Yeri gəlmişkən bu addım insanlıq və xeyriyyəçilik tarıxındə ən əliaçıq addım sayılır.

Necə varlanmaq olar?

Uorren Baffettdən varlı olmağın sirrini bir neçə istiqamətə bölür. Onlardan birincisi qazancın yenidən sərmayəyə istiqamətləndirilməsidir: ““Birjada ilk pulunuzu qazandığınız zaman, onu xərcləmək sizə çox cazibədar gələ bilər. Etməyin. Pulunuzu xərcləmək yerinə yenidən sərmayəyə istiqamətləndirin”.

U. Baffett ilk öyrəndiyi şeyin bu olduğunu söyləyir: “Liseydə bir yoldaşımla langırt maşını satın aldıq. Bu maşınla qazandığımız pullarla zaman içində 8 fərqli bərbərə eyni maşından quraşdırdıq. İkincisi fərqli olma mövzusunda qərarlı olun. Qərarlarınızı hər kəsin söylədiyi ya da etdiyi şeylər üzərinə qurmayın. U. Baffet 1956-cı ildə ortaq olduğu bir neçə sərmayəçi ilə bir araya gətirdiyi 100.000 dolları idarə edərkən, ortaqlarının əksinə Uoll Strit yerinə Omahada işə başlayır. Qazandığı pulları saxladığı yeri ailəsindən belə gizlədir. İnsanlar bu qərarın müvəffəqiyyətli olmayacağını düşündukləri halda Baffet 14 il sonra ortaqlıqdan ayrıldığında fərdi sərvətinin 100 milyon dolları keçdiyi bəlli olur. Baffet, çox seçilən sərmayə istiqamətlərinin yerinə, göz ardı edilən sərmayələrə yönəlir. Hər il bazarı qarşısında qalib gəlir. Baffeta görə, ortalama hər kəsin etdiyini etməkdir. Ortalamanın üzərində olmaq isə özünü dünyanın standartları ilə deyil öz standartlarınla mühakimə edərək ölçməkdir: “Üçüncüsü borcunuza limit qoyun. Kredit kartları və kreditlərlə yaşayan biri əsla zəngin ola bilməz”.

Onu da qeyd edək ki, milyader işgüzar fəaliyyəti dövründə əhəmiyyətli miqdarda borc almayıb. O, bir çoxlarının borc aldıqlarını lakin sonradan böhrana düşdüklərini deyir: “Dördüncü müvəffəqiyyətin həqiqətən nə mənanı verdiyini bilməkdir. Bu qədər sərvətə baxmayaraq müvəffəqiyyətimi dollarla ölçmürəm”.

2006-cı ildə az qala bütün sərvətini Bill və Melinda Gates Xeyriyyə Fonduna bağışlayan Baffet "mənim yaşıma gəldiyinizdə müvəffəqiyyəti neçə insanın sizi sevməsi ilə ölçəcəksiniz. Bu dövr sizin həyatı necə yaşadığınızın son testi olacaq" –deyə bildirir. Beşinci istiqamət kimi kiçik xərcləmələrin izlənməsini irəli sürür. Nəzərə çatdıraq ki, Uorren ən kiçik xərclərə diqqət edən idarəçilərin işlətdiyi şirkətlərə sərmayə qoyurdu. Belə ki, onun satın aldığı şirkətlər arasında tualet kağızlarını belə sayan bir idarəçilərin şirkətləri var. Buna görə də Baffet "kiçik xərcli xərclər sizin sərvətinizdir" söyləyir.

Baffetin məsləhətləri

Birinci qayda: Əsla pul itirmə.

İkinci qayda: Birinci qaydanı heç zaman unutma

Başqaları acgöz davrandığında qorx və geridə dayan.

Başqaları qorxduğu zaman acgöz davran.

Corab da olsa hissə də olsa, keyfiyyətli malı qiyməti düşdüyü zaman almağı sevirəm.

Anlaya bilmədiyin bir işə heç zaman girişmə.

Bu gün birja bağlanarsa və 10 il açılmayacaq olarsa, keyf alacağın hissələri satın al

Etibar qazanmaq 20 il davam sürər, itirmək sadəcə 5 dəqiqə

Həyatda həqiqətən doğru olan çox az şey var. Yetər ki bir çox şeyi səhv etmə

Pul insanın təməl xarakterik xüsusiyyəti nədirsə onu üzə çıxarar.

Ailəsi

U. Baffet 1952-ci ildə 22 yaşında ikən Susanıl Tompsonla evlənib. Onun bu evlilikdən Susuya, Hovard və Peter adlı üç usage var. Lakin cütlük evliliklərinin 25-ci ilində öz aralarında ayrılmaq qərarını verirlər. 1977-ci ildən ayrı yaşasalar da 2004-cü ilə, Susanıl Tomsonun ölümünə qədər evli qalırlar. Bu arada ayrıldıqdan sonra milyader Susanılin özüylə də tanış etdiyi Astrid Menks ilə sevgili olur. Sevgililər yalnız 2006-cı ildə evlənə bilirlər.Bu dəfə də onların xöşbəxtliyinə Baffetin xəstəliyi qan-qaraçılıq qatır. Belə ki, investor prostat vəzi xərçəngindən əziyyət çəkir.

Milyarder haqqında maraqlı faktlar

Baffetin kapitalının əsas hissəsini “Berkshire”dəki aksiyalardakı payı təşkil edir. Onun illik əmək haqqısı 100 min dollardır. İş adamı 60 milyarda sahib olsa da kifayət qədər sadədir. Təmtəraqdan qaçır. Onun zəifliyi təkcə özəl təyyarəsinədir. Qidalanmada fast food –a üstünlük verən Baffet məhz bu səbəbdən də o sahəyə investisiya qoyub. O 1957-ci ildə Omahada aldığı ikimərtəbəli evdə yaşayır. İldə bir dəfə hərracda onunla səhər yeməyini udanla bir stola əyləşir. 2006-cı ildə belə bir səhər yeməyi Baffetə 600 min dollara başa gəlib.2008-ci ildə böhrana baxmayaraq məbləğ 2,11 milyon dollara yüksəlir.2009-cu ildə bu rəqəm 1,68 milyon, 2011-ci ildə 2,63 milyon, 2012-ci ildə 3,5 milyon dollar təşkil edib. Baffet zarafatı sevir. Özü ilə daim zarafat edir. Onun bu zarafatlarından ən məşhuru isə “əslində mən ən bahalı kostyumları geyinirəm. Sadəcə onlar üzərimdə ucuz görsənirlər”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm