• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Kirayədə yaşayıb metro ilə gəzən, 15 dollarlıq saatlar taxan milyarder - MİLYONÇU

Kirayədə yaşayıb metro ilə gəzən, 15 dollarlıq saatlar taxan milyarder - MİLYONÇU

O, məşhur “Duty Free”-lərin yaradıcısıdır. 81 yaşı var və 7,5 mlrd. dollarlıq sərvət qazanıb. Lakin avtomobili yoxdur, ekonom-klass ilə uçur, kirayə mənzildə yaşayır. 15 dollarlıq elektron saatlar taxır və ütülənməmiş köynəklər geyinir. Vətəni İrlandiyada onu adi amerikalı turisti kimi qəbul edirlər. Əsasən qəlyanaltı restoranlarına, çox işlənən mallar mağazasına üstünlük verir, eləcə də metro və ya taksidən istifadə edir. Söhbət milyonçu Çak Finidən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində özünü gizli saxlayan milyarderi təqdim edir.

Araq satır

Çak Fini 1931-ci ildə Amerikada anadan olub. Orta məktəbi bitirdikdən sonra Fransaya yola düşən Çak təhsilini davam etdirməyi və özünə biznes qurmağı planlayır. Təhsil haqqını ödəmək, eləcə də gündəlik keçimini təmin etmək üçün kiçik biznesə başlayır. Belə ki, Amerika donanmasının əsgərlərinə spirtli içki satır.

Bu haqda xatirələrində belə deyir: “Mənim Amerikan ləhcəm dənizçilərin xoşuna gəlirdi. Təbii, əgər əvvəlcədən fahişəxanalara getməyib içməyə pul saxlayırdılarsa. məndən içki alırdılar. Əsgərlərə içki satan çox idi. Ümumiyyətlə, bu işdə böyük rəqabət var idi. Amma mən əsgərləri yola gətirib gəmiyə mindirə bilirdim.”.

Bir qədər keçdikdən sonra Fini universitetdən yoldaşı Roberto Millerlə turistlərə rüsumsuz mallar satmağa başlayır. Hansı ki, həmin ərəfədə “Duty Free” anlayışı yox idi. Getdikcə bu biznesi genişləndirir və ilk mağazasını açır. Bu mağazalara asiyalı gənc qızları işə götürür. Mağazaların əsas fəaliyyəti suvenir, içki, siqaret satmaq olur. Bu strategiya onun biznesinin uğurunun əsas açarına çevrilir.

Dünyanın 27 ölkəsində mağaza açır

Çak Fininin biznesi dünyanın 27 ölkəsinə yayılır. 1984-cü ildə “Duty Free Shopper”sin səhmlərinin 38,75% -i satır. Əldə etdiyi pulu “The Atlantic Philanthropies” xeyriyyə fonduna köçürür. Bununla belə 1988-ci ildə “Forbes” onun adını Amerikanın ən zənginlərin siyahısına daxil edərək 31-ci sırada yer verir.

2011-ci ildə Çak Finin mağazalarının dövriyyəsi 46 milyard dollara çatır. Satılmış malların 31 faizini kosmetik məhsullar, 17 faizini alkoqol təşkil edirdi. Bildirək ki, milyarder illər ərzində gəlirlərini “The Atlantic Philanthropies” xeyriyyə fonduna köçürüb. O, 2016-cı ilin sonuna hesabında 1 sent də saxlamayacağını bəyan edib.

Xəsis milyarder

Çak Fin hər qəpiyinin qədrini bilən xəsis kimi də dəyərləndirilir. Sadəcə, onun son 30 il ərzində xeyriyyə məqsədilə 6 mlrd. dollar xərcləməsi bu ləqəbi üzərindən götürür. Qeyd edək ki, milyarder qazandığı pulları ABŞ, Vyetnam, Avstraliya, Cənubi Afrika, İrlandiya və Bermud adalarında təhsil, sağlamlıq, elm ocaqları, qocalar evinin açılmasına sərf edir. Onun əldə olunanlarla kifayətlənmək niyyəti yoxdur və 2016-cı ildə bütün sərvətini xeyriyyə işləri üçün sərf etmək fikrindədir: “Sərvətimi xeyriyyə məqsədləri üçün sərf edəndə, bunun sayəsində nəyinsə, məsələn, xəstəxananın tikildiyini görəndə, daha çox zövq alıram, nəinki pul qazananda. Pulları bank hesabına yatırmaqdansa, xeyir işlər üçün xərcləmək daha məntiqlidir” .

Bu, ekstravaqant milyarderi təkcə pullar deyil, həm də şan-şöhrət də maraqlandırmır. Belə ki, öz milyardlarını paylasa da, kölgədə qalmağı bacarıb. 15 il heç kim onun xeyriyyəçilik fəaliyyətindən xəbərdar olmayıb. Daha sonra hər şeyin üstü açılsa da, Fini yenə də təvazökar davranıb.

Ən ucuz restoranlara gedir

Çak Fini qəribə və maraqlı insandır. O, ən ucuz restoranda yeyir, 15 dollarlıq elektron saat taxır. Eyni zamanda, Çak kirayədə yaşayır. Bu günə qədər onun avtomobili olmayıb. Fini kasıb vaxtlarındakı kimi yenə də metrodan istifadə edir.

Hazırda sərvətinin həcmi cəmi 2 milyard dollardır. Çak Fini iki dəfə evlənib. Bu evliliklərdən onun 2 övladı var.

L.Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>