• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Şəhər xəritəsi və quş cikkiltisi onu milyarder etdi - Foto

Şəhər xəritəsi və quş cikkiltisi onu milyarder etdi - Foto

Onun adı milyaderlərin siyahısına bu ildən daxil edilib. Sərvətini hakerliklə qazananlardan sayılır. 1,80 metr boy ölçüsünə, cəlbedici fiziki görnüşə,ən nəhayət 1,3 milyarda sahib iş adamı subaydır. Söhbət “Tvitter”in yaradıcılarından olan Cek Dorsidən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Cek Dorsinin varlanma hekayəsini təqdim edir.

Gecə yarıya qədər şəhərdə dolaşmaq

Cek Dorsi 1976-cı ilin 19 noyabrında Amerikanın Missuri ştanının Sent-Luis şəhərində anadan olub. Uşaqlığından kitablara, kompüterə maraq göstərirmiş. Ən böyük arzusu isə Nyu-Yorkun canlı xəritəsini çəkməkmiş. O xəritədə çoxlu kiçik qara nöqtələr – ambulanslar, polis, yanğınsöndürən maşınları, taksilər hərəkət eməli idi. Əslində, Dorsinin şəhərlərə qarşı marağı tibbi avadanlıqlar üzrə mühəndis olan atası Tima Dorsinin işi ilə əlaqədar Amerikanın bütün ərazisini gəzərkən yaranmışdı. Ailə hətta Sent-Lusdə belə bir neçə rayon dəyişmişdi. Bir müddət isə Amerikanın Kolorado ştatında yaşamışdılar. Cekə gəlincə, ailəsi hara köşürmüşsə, birinci işi yerli xəritəni alaraq gecə yarıya qədər şəhərdə gəzmək olurmuş.

Danışanda kəkələyirmiş

Milyaderin uşaqlığı ilə bağlı xatirələrdə söylənən ilk söz – sakit uşaq olmasıdır. Belə ki, danışarkən kəkildəyən Cek Dorsi səssiz qalmağa üstünlük verirmiş.Lakin o bu problemini həll etməyi qərara alır. Gəncliyində həkimlərin köməyi ilə məktəbin naqtiqlik incəsəni müsabiqələrində iştirak edir. Bir neçə uğursuz cəhddən sonra srbəst şəkildə danışmağa başlayır. Bu əzmkarlığı sonradan ona San-Fransizkonun və Nyu-Yorkun ağır şərtlərində yaşamağa da kömək edir.

Futbola belə kitabla gedirmiş

Dorsi uşaqlığından kitabları çox sevər, hətta futbol maçlarına belə kitabla gedərmiş. Təhsil aldığı “Bishop DuBourg High School”dakı yoldaşlarının xatirələrində bildirilir ki, Cek Dorsi sıravi amerikalı şagird imiş . Tenis komandasında oynayır, rəsm çəkir, tarixi, incəsənəti sevir, məktəb qəzetinə yazır, kompüter klubuna gedirmiş. Amma sonuncuya qarşı marağı onda əyləncədən çox xəstəlik həddində imiş. Milyarderin özünün sözlərinə görə, o şəhər planlaşdırması üzrə əla mütəxəsis idi. Amma xəritələrlə bağlı uşaqlıq hobbisi önə keçir. Cek Dorsi ilk təcrübəsini Sent-Luisdə 14 yaşında edir.

Gənc oğlan dispetçer taksiləri, yanğınsöndürənlər uçun proqram yazır. “Tvitter” lə bağlı ideya da onun ağlına o zaman gəlir. Belə ki, sürücülərin öz aralarında harada nə edəcəklərini müzakirə etməsi onun diqqətini çəkir.

Stajor, masajist, proqramist

1991-c ilin yayında “Mira Digital Publishing” şirkətinə stajor kimi işə qəbul olunur. Kompüter sahəsindəki istedadı sayəsində yeniyetmə demək olar ki, otuzillik kompüter mütəxəssislərini idarə edir. Komandanın üzvüləri hətta bu yöndə müdürlə zarafat edərək vəzifəsinin nə olduğunu soruşurlarmış. Müdir isə “yay stajorunun assistenti” deyə cavab verirmiş.

Sent-Luis ərazisini tərk edən Dorsi Missuridə Elmi-texniki Universitetə daxil olur. Lakin 2 il keçmir ki, Nyi-Yorka qaçır. Axı, bu şəhər uşaqlıqdan onun arzusu idi. “Dispatch Management Services Corp”a işə düzəlir. Burada bir neçə il işləyir. 2000-ci il böhranında şirkətin layihəsinin iflasa uğraması nəticəsində işsiz qalır. 5 il işsiz-gücsüz dolaşan Cek Dorsi hətta masaj kursuna belə gedir.

“Tvitter”i yaradır

2000-ci ildə o, internet üzərindən taksi, kurirer xidmətləri həyata keçirən şirkət yaradır. 2006-cı ilin mart ayında Dorsi dostları ilə birlikdə “Tvitter”i yaradır. Qısa müddətdə sürətlə məşhurlaşan ”Tvitter”in 6 il sonra 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olur. Təqdim edildiyi dövrdən “Tvitter” dünyada ən çox ziyarət edilən on sayt siyahısına daxil olmağı bacarır. “İnternetin SMS-i” kimi tanınır.

Məşhurlaşma dövrü

“Tvitter”in mənşəyi Odeo tərəfindən podkastinq edilən “gün ərzində beyin fırtınası sessiyası”na əsaslanır. Hələ Nyu-York Universitetində tələbə olduğu dövrdə Dorsi şəxsi SMS sistemini yoldaşları ilə bölüşməyə balamışdı. Layihənin sonradan Noy Qlassa aid edilən kod adı “tvtter” Evan Vilyams tərəfindən yaradılır. Flickr və beş hərfli Amerika qısa SMS kodlarından təsirlənir. Layihənin hazırlanması zamanı ilkin olaraq qısa kod kimi "10958" nəzərdə tutulsa da, sonradan daha yaddaqalan olması üçün "40404" qısa koduna üstünlük verilir. Layihə üzərində işlər 21 mart 2006-cı ildə başlayır. 9:50 PM-də (PST) Dorsi ilk tvitini ataraq “mənim tvttrimin yaradılmasına başlınıldı” yazır: “Biz “Tvitter” sözü üzərində dayanmaq qərarına gəldik və bu ən yaxşı variant idi. Tərif olaraq “ardıcıl olmayan informasiyaların qısa partlayışı” və “quşların cikkiltisi” ifadələrini fikirləşdik. Bu isə həqiqətən də istehsal etməyə çalışdığımız məhsulu izah edirdi.”

“Tvitter”in ilk prototipi Odeo işçilərinin daxili istifadəsi üçün nəzərdə tutulur. 15 iyul 2006-cı ildə tam versiya təqdim edilir. 2006-cı ilin oktyabrında Biz Stoun, Evan Uilyams, Cek Dorsi və keçmiş Odeo üzvlər də daxil olmaqla, layihənin əsas iştirakçıları “Obvious Corporation” adlı şirkətdə birləşirlər və bu şirkət “Odeo.com” və “Tvitter.com” da daxil olmaqla Odeonun bütün aktivlərinə sahib olur.

“Tvitter”in məşhurlaşmasında 2007-ci ildə keçirilən “South by Southwest Interactive” (SXSWi) konfransı mühüm təsirə malik olur. Tədbir günlərində istifadəçilərin sayı artmaqla yanaşı, gündəlik tvit sayı 20.000-dən, 60.000-ə çatır.

İnkişafı

Kompaniya qısa zamanda çox sürətlə genişlənməyə başlayır. 2007-ci ildə artıq rüblük 400.000 tvit göndərilir. 2008-ci ildə bu göstərici artaraq rüblük 100 milyon tvitə çatır. 2010-cu ilin fevral ayında artıq gündəlik 50 milyon tvit göndərilir. 2010-cu ilin martında 70.000 tətbiqlə kompaniya rekorda imza atır. 2010-cu ildə gün ərzində 65 milyon tvit göndərilir. Bu da saniyədə 750 tvit deməkdir. 2011-ci ilin martında bu nəticə daha da inkişaf edərək, gündəlik 140 milyon tvitə çatır. Compete.com-un açıqlamasına görə, “Tvitter” əvvəl 22-ci yerdə olsa da, çox sürətlə genişlənərək, 2009-cu ildə dünyanın üçüncü ən geniş sosial şəbəkəsinə çevrilir. Hazırda “Twitter”in səhmlərinin 5 faizi Dorsiyə məxsusdur.

C. Dorsi 2009-cu ildə “Square In”in yaranmasına səbəb olan kredit kartlarının mobil telefonlar vasitəsilə qəbulu platformasını kəşf edir. Hazırda şirkətin səhmlərinin 29 faizi C. Dorsiyə məxsusdur.

Uğurun səbəbi

“Gözlənilməz olanı gözlə” deyən Cek Dorsi çox işləyir. O gününü səkkiz saatını “Tvitter”, digər səkkiz saatını ”Square” də keçirir. Beləliklə milyader həftəlik 80 saat işləyir: “Hər iki layihə sürətlə inkişaf etməklə bərabər öhdəlik tələb edir.Gundəlik iş planım var. Sutkada 16 saat işləyirəm. Bu rejimdə işləmək üçün intizamlı olmaq lazımdır. Milyader bazar günlərinin asta keçdiyini bildirir: “Şənbə günlərin gəzirəm. Bazar günləri şirkətin stratejgiyasına zaman ayırıram”.

Sevgilisinə 240 min dollarlıq yaxta kirayələyib

Onu da bildirək ki, C.Dorsinin adı ilk dəfə bu il milyaderlərin siyahısına daxil edilib. 37 yaşlı Cekin 1,1 milyard dolları var. Qeyd edək ki, milyarder subaydır. Gündəmə tez-tez sevgililəri ilə gəlir. Bir müddət əvvəl onun adı britaniyalı top-model Lili Koulla çəkilirdi. Hətta C. Dorsi həftəlik 240 min dollara kirayələdiyi yaxtada Koulla istirahət edərkən görüntülənmişdi.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR