• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Şirin” krallıqdan prezidentliyə qədər: bir milyarderin hekayəsi

“Şirin” krallıqdan prezidentliyə qədər: bir milyarderin hekayəsi

“Forbes”in qiymətləndirməsində görə, Ukrayna milyarderləri arasında 7-ci sırada dayanır. Sərvətinin həcmi nə az nə çox 1,3 milyard dollardır. 2013-cü ildə bu rəqəm 1,6 milyard dollar olub. Bir ildə sərvətini 60 faiz artırmaqla rekorda imza atıb. O narıncı inqilabın, Viktor Yuşenkonun sponsoru olmaqla 10 ildən sonra siyasətə yatırdığı sərmayənin bəhrəsini gördü. Söhbət miyarder, iş adamı, bu gündən dövlət başçısı olan Pyotr Poroşenkodan gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Pyotr Poroşenkonun iş dünyasını, şəxsi həyatını təqdim edir.

3 otaqlı sadə ev

Pyotr Poroşenko 1965-ci ilin 26 sentyabrında Bolqradedə anadan olub. Ailənin kiçiyi olan Pyotrun özündən başqa Mixail adlı qardaşı olub. 1959-cu ildə Lıvov Kənd təsərrüfatı İnstitutunu bitirən atası Aleksey Poroşenko mühəndis-mexanik işləyib. 1959-1974-cü illərdə Bolqradedə rayon kənd təsərrüfatı texnikası birliyində baş mühəndis olub. Anası Yevgeniya Poroşenko isə mühasib vəzifəsində çalışıb. Poroşenkolar 10 il Bolqradedə ikimərtəbəli binanın 1 –ci mərtəbəsində 3 otaqlı sadə mənzildə yaşayıblar. Baş verən bədbəxt hadisə nəticəsində hər şeyi atıb Bolqradedədən köçüblər. Bu barədə az sonra.

Həddən artıq ciddi xarakterli ata, şirniyyat yeməyən “şokolad kralı”

Qonşuların xatirələrinə görə, Aleksey Poroşenko həddən artıq ciddi ailə başçısı olub. Özünün qanunları varmış. Ailədəkilərdən kimsə onun ziddinə getməzmiş. Pyotra gəlincə, uşaq evindən olan yoldaşları onun haqqında belə deyirlər: “Çox ürəyi açıq idi. Daim özü ilə cürbə-cür konfetlər gətirərdi. Aramızda bir nömrəli şirniyyat sevər idi”. Maraqlıdır ki, hazırda böyüyüb “şokalad” maqnatı olan Pyotr Poroşenko şirniyyat yemədiyini iddia edir: “Uzun illərdir şirniyyat yemirəm”.

Moldaviyaya köçün səbəbi

Qardaşı Mixail 2 saylı orta məktəbdə Protr isə fransız dilinin tədris olunduğu 1 saylı xüsusi təmayüllü orta məktəbdə təhsilə başlayır. Lakin orada məzun ola bilmir. Belə ki, məktəbi qırmızı medalla bitirən Mixail öz həmyaşıdı ilə əlbəyaxa olur. Bu ailəyə baha başa gəlir. Qarşı tərəfi möhkəm əzişdirən Mixail Poroşenko polisə düşür. Ailə Moldovaya köçmək məcburiyyətində qalır.

Bolqradedə yaxşı vəzifə sahibi olan Aleksey Poroşenko Moldovada texnikumlardan birində direktorun müavini vəzifəsində işləyir. Sonrada zavod direktoru düzəlir. 1992-ci ildə Ukrayna müstəqilliyini əldə etdikdən sonra ailəsi ilə birlikdə Ukraynaya köçür. Hansı ki bu ölkədə artıq kiçik oğlu öz biznesini qurmuşdu. Aleksey Poroşenko "Ukrayna Sənaye İnvestisiya Konsern “nin (“Ukrprominvest”) direktoru olur. Yeri gəlmişkən, A.Poroşenkonun sovet hakimiyyəti dövründə Moldovada spirt qaçaqmalçılığından 5 il həbs cəzası çəkdiyi irəli sürülür.

Ali təhsil, elmi iş, siyasi karyera

Pyotra gəlincə, Moldovanın Benderı şəhərində orta məktəbi bitirən gələcəyin biznesmeni 1989-cu ildə Kiev Dövlət Universitetinin bexnəlxalq əlaqələr və beynəlxalq hüquq fakultəsindən məzun olur. 1989-90-cı ildə aspiranturada oxuyur. Eləcə də universitetin beynəlxalq iqtisadi əlaqələr kafedrasında assistent işləyir. 1990-91-ci illərdə Poroşenko "Republika” kiçik biznes və sahibkarlar Assosiasiyasının direktorunun müavini işləyir. 1991-1993 ildə "Ukrayna" Birja evi ASC-nin direktoru olur. 1993-cü ildən atası ilə böyük qardaşının yaratdığı “Ukrprominvest” konserninin direktoru işləyir.1996-cı ildə “Roşen”i yaradır. 1998-ci ildə onun Ukrayna Ali Radasının xalq deputatı həyatı başlayır. 2002-ci ildə “Naşa Ukraina” nın üzvü olur. 2006-cı ildə seçkilərdən sonra maliyyə və bank sahələri üzrə komitəyə, 2007-2009-cu illərdə Ukrayna Milli Bankına rəhbərlik edir. 2009-2010-cu illərdə ölkənin xarici işlər, 2012-ci ildə iqitisadi inkişaf,ticarət naziri olur.

Kakau dənəcikləri ilə başlayan biznes

Bütün bunlar onun iş dünyasının rəsmi tərəfləridir. P.Poroşenko il milyon rubllarını universitet illərində qazanıb. Belə ki, o müəssisələrə xarici şirkətlərlə müqavilə bağlamaqda kömək edirmiş. Konkret, hər müqavilədən 0,5-1,5 faiz pay alırmış. Universitetin sonuncu ilində artıq gələcəyin milyarderi özünə o zamanın dəbli avtomobili sayılan “Volqa”nı satın alır. Məzun olduqdan sonra kakau dənəcikləri biznesinə başlayır.Əsas müştəriləri isə sovet şirniyyat müəssisələri olur. 1991-ci ildə ədviyyalarla spekulyasiya edir. Qara bibər bazarının 4 faizini alır. Məhsulu Qərbə satmağa başlayır. Yeri gəlmişkən, Pyotr həm də monopilst kimi qiymətləri müəyyən edir. Elə həmin vaxt avtomobil biznesinə əl atır. 1993-cü ildə məktəb və hərbi xidmətdən olan yoldaşlatrı ilə birlikdə Poroşenko “Ukrprominvest” şirkətini yaradır. Əksər mənbələrdə “Ukrprominvest”i atası ilə böyük qardaşının yaratdığı irəli sürülür. Bütün hallarda “Ukrprominvest” Poroşenkolarlın

biznes imperiyasının əsası olur. Şirkət özündə maşınqayırma və qida sənayesini birləşdirir. Pyotr demək olar ki bu sahələri sıfrdan inkişaf etdirir. 1996-cı ildə aldığı şirniyyat müəssislərini “Roşen” qrupu altında birləşdirir. Uşaqlıqdan şirniyyata olan sevgisini reallaşdırır. “Roşen” brendi altında şokoladların istehsalına başlayır. Bu brendlə həmçinin məşhur “Kiyevskiy tort” istehsal olunur. Beləliklə Pyotr “şkolad kralı” ləqəbinə sahiblənir.

“Roşen” və Rusiya bazarı

Candy Industry Top 100-un qiymətləndirməsinə görə, “Roşen” şirniyyat istehsalı şirkəti böyüklüyünə görə dünya şirkətləri arasında 18-ci yerdədir. Şirkətin mərkəzi ofisi Kiyevdə yerləşir. “Roşen” brendi ilə 200 növdə məhsul istehsal edilir. 2013-cü ildə istehsalın ümumi həcmi 450 min ton olub. 2012-ci ildə şirkətin dövriyyəsi 1,2 milyard dollar təşkil edib. Bu arada qeyd edək ki, uzun illər “Roşen”nin əsas bazarı Rusiya olub. Pyotr bu bazardan hər il milyonlarla dollar götürürdü. Faktiki 2013-cü ilə qədər Rusiya şirniyyat bazarının 3,2 faizi “Roşen”nin idi. Həmin ildə Putin höküməti “Roşen” məhsullarını qadağan edir.

Roşenin qadağan edilməsi heç də məhsulun keyfiyyəti ilə bağlı olmur. Narıncı inqilabın, “Naşa Ukraina”nın, eləcə də Viktor Yuşenkonun seçkilərdə əsas sponsorlarından biri olan Pyotra məxsus “Pyatıy telekanal”ın mütəmadi antirusiya təbliğatı aparması Rəsmi Kremlin səbrini daşdırır. Hətta Ruisya mətbuatı onun haqqında pulunu bizdən qazanıb, Ukraynada Qərbin təbliğatını aparır deyə bəhs edir.

Qardaşını zəhərləyib?

1997-ci ildə Poroşenkolar ailə üzvlərindən birini itirir. Mixail vəfat edir. Ailənin yaxın ətrafı bu ölümlə bağlı müxtəlif versiyalar irəli sürürlər. Bunlardan biri də Pyotrun qardaşını, eləcə də ortağını zəhərləməsidir. Amma rəsmi məlumatlara görə Mixail Poroşenko avtomobil qəzasında vəfat edib. Bütün hallarda gerçəyi Pyotr və Aleksey Poroşenko bilirlər.

Biznesi

Hazırda “şokald kralına” özündə 30-a yaxın müəssisəni birləşdirən “Ukrprominvest” qrupu məxsusdur. Qeyd etdiyimiz kimi bura “Roşen”, “Boqdan”, “Aqroprodinvest”, İSTA, “Leninskaya kuznya” gəmiqayırma zavodu, “Linkof” (Ruisya), Klaipedos Conditerija (Latviya), “Ridna marka”, “Pyatıy telekanal”, “Ukravtozapçast” , “Çerkasskiy avtobus”, “Lutsk” avtomobil zavodu, şəhər elit idman klubu "5 element" daxildir. 2011-2013-cü illərdə o həmçinin KP Media-nın sahibi olub. Hansı ki bura “Korrespondent” jurnalı və eyni adlı sayt tabe idi. 2006-cı ildə Pyotrın şirkətlərində 27 min nəfər işləyib. Qrupun ümumi gəlirlərində “Boqdan”nın payı daha üstündür.

Pyotr Poroşenkonun milli mənsubiyyəti nədir?

Bəzi arxivlərə görə P.Poroşenkonun gerçək soyadı Valtsmandır. Poroşenko onun ana soyadıdır. Aleksey Valtsman yəhudi tacir ailəsdində anadan olub.1956-cı ildə A. Valtsman Yevgeniya Poroşenko ilə evlənir. Bununla da soyadını dəyişir.

Timaşenkoya ehtiyatla yanaşır

P.Poroşenko həyatda bəxti gətirənlərdəndir. İndiyə qədər oponentləri onun haqqında bir mənfi söz tapa bilməyiblər. Ümumiyyətlə onu gözdən salmaq cəhdləri uğursuz alınıb. Poroşenkonun həyatda ən ehtiyatla yanaşdığı insan Yulya Timaşenkodu. Timaşenko da ona eyni münasibətlə cavab verir.

Hobbisi

İş adamı, eləcə də prezident gəncliyində cüdo ustası olub. Məşçisi bu haqda belə danışır: “70-ci illərdə Poroşenko Putinlə tatamidə üz-üzə gələ bilərdilər. Lakin Putin Poroşenkodan yaşca böyük olduğu üçün döyüş baş tutmadı. Pyotr təmkinli, adi uşaq idi. Dərslərini normal oxuyur, idmanda da özünü təmkinli aparırdı”. Hazırda biznesmen cido ilə məşğul olmasa da tenis oynayır. Çoxlu mütaliə edir və əsasən ingilis ədəbiyyatını oxuyur. Pyotrun sevimli rəssamı isə Klod Monedir.

“Şokolad kralı”nın özü haqqında dedikləri

“Fəxr edirəm ki 15 min nəfərlik iş yeri yaratmışam”

“Formal olaraq təmiz olduğum fikri ilə razılaşmıram. Mən sadəcə təmizəm”

“Kifatət qədər işgüzar insanam. Gündəlik iş həyatım 15-16 saat sürür”

“Təsdiqləyə bilmərəm ki partiyaya ancaq “mələklər” gəlir”

“Mən inanclı insanam”

“Gəlin roluna uyğun gəlmirəm. Kifayət qədər yüksək reytinqim var”.

Ailəsi

P.Poroşenko Marine Poroşenko ilə evlidir. Bu evlilikdən onların dörd övladı – Aleksey, Mixail adlı iki oğlu və Yevgeniya, Aleksandra adlı iki ekiz qızları var.Qızlarının xaş atası Viktor Yuşenko, xaç anası isə Ukraynanın xalq artisti Oksana Bilozirdi.

Marine və Pyotr tələbəlik illərində -qış smetrindən sonra yataxanada düzənlənən diskotekada tanış olublar.

Marinenin özünün bildirdiyinə görə, bu ilk baxışdan məhəbbət olub: “Düzdür, biz 1 ildən sonra görüşməyə başladıq. Təhsil ilinin sonunda piknikə getdik. Münasibətlərimiz orada yaxınlaşdı. Bundan sonra Pyort məni evə yola salmağa başladı. Bir ildən sonra evlənməyə qərar verdik. VAQ-a sənəd verdikdən 1 həftə sonra Pyotra hərbi çağırış bileti gəldi.O qədər aşıq idik ki 2 il gözləyə bilməyəcəyimizi düşünürdük. Biz tezliklə evləndik”.

Nəzərə çatdıraq ki, M.Poroşenko ixtisasca həkimdir. Ancaq ailəsi üçün karyerası ilə vidalaşıb. Söylədiyinə görə buna peşman da deyil. Bütün həyatını övladlarının və həyat yoldaşının ətrafında qurub. O həmçinin bildirir ki, Pyotr ciddi ailə başçısıdır.Evə onun sözü qanundur: “Buna baxmayaraq o bütün ev işlərini edə bilər. O yaxşı ailə başçısı və ərdir. Hər ad günümdə mənə səyahət hədiyyə edir. Bu arada Poroşenkolar ailəsində yeganə qanun evdə siyasətdən danışmamaqdır.

İş adamının malikanəsi

Xalq “şokolad kralı”nın malikanəsini Ağ Ev adlandırır. Çünki malikanə xarici görnüşündən doğurdan da Ağ Evi xatırladır. Malikanənin yaxınlığına qonaqlar üçün nəzərdə tutlan daha iki villa var.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR