Britaniyanın bir sıra enerji şirkətlərinin nümayəndələri Azərbaycana gələcəklər
Bizi izləyin

Milyonçu

Britaniyanın bir sıra enerji şirkətlərinin nümayəndələri Azərbaycana gələcəklər

Böyük Britaniyanın energetika sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri martda Azərbaycana səfər edəcəklər.

Böyük Britaniyanın energetika sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri martda Azərbaycana səfər edəcəklər.

Bu barədə energetika sahəsində mal və xidmətlərin tədarükü üzrə Britaniya şirkətlərinin qabaqcıl ticarət assosiasiyası olan Energetika Şurasının (Energy Industries Council, EIC) yaydığı xəbərdə deyilir. Şura eyni zamanda səfərin təşkilatçısıdır.

19 şirkət nümayəndəsinin daxil olacağı nümayəndə heyəti martın 10-14-də Azərbaycanda olacaq. Britaniyalı iş adamları Azərbaycanın neft-qaz sənayesi şirkətləri ilə əlaqələr qurmaq və ticarət əlaqələrini möhkəmləndirmək, yerli biznes mühiti barədə daha çox məlumat toplamaq üçün Bakıya gəlirlər.

Səfər çərçivəsində Azərbaycanda bir sıra layihələrdə iştirak edən enerji şirkətlərinin (BP, Total, GDF Suez, AMEC) nümayəndələri ilə görüşlər keçiriləcək.

Azərbaycana aşağıdakı şirkətlərin nümayəndələri gələcəklər: Atmos International, BS&B Safety Systems, Control Risks, Foster Wheeler, Jo Bird & Co, John Bell Pipeline, Knowsley SK, Lokring Europe, Mott MacDonald, Pipe Supports, R & M Electrical, RPV Group, Tratos, Voith Turbo və NOV Wilson. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm