Milyarder atasını oğurlayanları parçaladı - FOTO, VİDEO
Bizi izləyin

Milyonçu

Milyarder atasını oğurlayanları parçaladı - FOTO, VİDEO

O, Peterburq mafiyasının avtoritetlərindən biri kimi tanınır. 90-cı illərdə Rusiyanın ikinci ən böyük şəhərinin kazinoları, restoranları, mehmanxanaları ona məxsus idi. O zaman hələ illik 40 milyon dollar gəlir əldə edən iş adamı 12 illik həbs cəzasına baxmayaraq, sərvətini nəinki 1 qəpik azaldır, əksinə daha da artırır. Söhbət Gürcüstanda anadan olan yəhudi əsilli iş adamı Mixail Mirilaşvilidən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində “PetroMir” holdinqin prezidenti, Rusiya Yəhudi Konqresinin Peterburq bölməsinin rəhbəri Mixail Mirilaşvilinin hekayəsini təqdim edir:

Uşaq həkimi

Mixail Mirilaşvili 1960-cı ildə Gürcüstanın Samtredskoqo rayonunun Kulaşi qəsəbəsində anadan olub. Atası Mixail Qabrilioviç Mirilaşvili toxuculuq fabrikinin baş mühəndisi idi. Ondan əvvəl isə bu fabrikin direktoru atası Qabriel imiş. Ümumiyyətlə, Mirilaşlilər üçün rəhbərlik, uğur alın yazısı idi. Onu da qeyd edək ki, Kulaşidə tarixən yəhudilər yaşayıb. Mirilaşvililər isə dinə bağlı ailə idilər. Yəhudi adət-ənənlərinə ciddi riayət edirdilər. Mixail orta məktəbi qəsəbədə oxuyur. Yazılanlara görə, əsas elmlərə marağı böyük olur. Orta məktəbi bitirən Mixail o zaman Gürcüstanda perestijli sayılan tibb sahəsinə üz tutur. Doğrusu bu addımı valideynlərinin istəyinə uyğun atır. 1977-ci ildə Leninqrad Pediatriya İnstitutuna qəbul olunur.

Mafiya başçısı ilə dostluq

Tələbəlik illərində Leninqradda (indiki Sank Peterburq) mütəşəkkil cinayətkarlığın banilərindən sayılan “Feka” ləqəbli Vladimir Feoktistovun dəstəsi ilə yaxınlıq etməyə başlayıb. Gələcəyin iş adamı hətta 1981-ci ildə keçirilən feoktistlərin məhkəməsində ağır bədən xəsarəti yetirmə epizodu üzrə dindirilib də. Mətbuat M.Mirilaşvilninin cinayətkar aləmdə Mişa Kutaisskiy ləqəbi ilə məşhur olduğunu yazır.

Biznesdə addımlar

1983-cü ildə institutu bitirdikdən sonra Mixail Gürcüstana qayıdıb uşaq həkimi işləməli idi. Çünki ailəsinin gözləntisini yanılda bilməzdi. Lakin tale ayrı cür gətirir. O, ixtisası üzrə uzun müddət işləməli olmur. Ölkədəki dəyişikliklər ona iş adamı kimi özünü sınamaq şansı yaradır. Leninqraddakı əlaqələri onun köməyinə gəlir.

Qardaşı Qabriel Mirilaşvili ilə birgə böyük ticarət mərkəzi olan “Qostinıy dvor””u idarə etməyə başlayır. “Ruskoe Video” şirkətinin sahiblərindən birinə çevrilir. 2000-ci ildə o, “PetroMir” şirkətinin direktorlar şurasının üzvü seçilir. Mixail 6 kazinonun da daxil olduğu “Konti” korporasiyasının prezidenti idi, "LUKoil-Northwest-neftməhsulları"nın idarəçiliyinə də daxil olur. “Soyuzkonraktin” Peterburq filialında da paya sahiblənir. O dövr üçün iş adamının illik gəliri 40 milyon dollar dəyərində qiymətləndirilməyə başlanılır. Əslində bu qədər sərvəti o, elə-belə toplamamışdı. Burada mafiya ilə yaxınlıqla bərabər hakim dairələrlə əlaqələri də rol oynamışdı. Onun Sankt Peterburqun meri Anatoli Sobçakla, Rusiyanın dövlət katibi Qennadi Burbulsla, eləcə də Boris Yeltsinin etnik məsələlər üzrə katibi Qalina Startova ilə dostluq münasibətləri var idi. Mixail hətta Q. Startovanın ( “Demokratik Rusiya” partiyasının lideri) seçkiqabağı təşviqat kampaniyasnının spronsorlarından biri də olur. Lakin maraqlısı odur ki, Q.Startova 1998-ci ildə Peterburqda odlu silahla qətlə yetirilir.

Atasını qaçıranları öldürür

Mixail Mirilaşvili və ailəsinin adı mətbuata, eləcə də cəmiyyətə atasının oğurlanmasından sonra bəlli olur. Düzdür, Mixail Qabrilioviç Mirilaşvili oğurlandıqdan bir gün sonra xoşluqla azad edilir. Bu, polisi işə qarışdırmadan baş verir. Mətbuatın yazdığına görə, Mirilaşvili qardaşları atalarını azad etmələri üçün oğrulara yüksək məbləğdə pul ödəyirlər. Amma görünür qardaşlar təkcə pul verməklə kifayətlənmirlər. İntiqam da alırlar. Belə ki, 2001-ci ilin 23 yanvarında Mixail Mirilaşvili iki biznesmenin - Kobı Kakuşadze və Rostoma Dvalinin qaçırılaraq öldürülməsində ittiham olunaraq həbs edilir. Qeyd edək ki, hər iki şəxs Mixail Qabrilioviç Mirilaşvilinin qaçırılmasında şübhəli bilinirdilər. Onların parçalanmış cəsədləri isə Peterburq ətrafında tapılır. Bu ölüm işinə görə, M.Mirilaşvili 12 il həbs cəzası alır. İş adamı 2007-ci ildə Avropa Məhkəməsinə müraciət edir. 2008-ci ildə onun şikayəti təmin edilir. İş adamı 2009-cu ildə azadlığa çıxır.

M.Mirilaşvili həbsxanada keçirdiyi günlərini belə dəyərləndirir: “Allah-təala bəndələrini sınağa çəkir. Bu zaman heç kəsə acımır. Hesab edirəm, Allah sınağı insanı daxilən daha güclü etmək üçün göndərir. Əgər insan baş verənlərin yaşılığa doğru olduğunu anlayırsa, hər şey müsbət sonlanır”.

Həbs pulunu azaltmır

İş adamının özünün dediyinə görə, birinci olmaq uğrunda çalışmayıb. Bununla belə ikinci olmağa da dözümsüz olduğunu söyləyir: “Obyektlərimin heç birini satmamışam. Dostlarımın, partniyorlarımın sayəsində həbsdə olduğum müddətdə biznesim daha da inkişaf etdi. Baxmayaraq ki, qardaşım da iş adamıdır, onun mənim biznesimlə heç bir əlaqəsi olmayıb. Bütün işlə tərəfdaşım məşğul olub. Məsləhətə ehtiyacları olduqda isə atama müraciət edirdilər”.

Qeyd edək ki, M.Mirilaşvili “PetroMir” holdinqin prezidentidir. “Forbes”in qiymətləndirməsinə görə, 2012-ci ildə iş adamının sərvətinin həcmi 750 milyon dollar təşkil edib. O, Rusiyanın 200 ən varlı adamının siyahısında 17-ci sırada yer alırdı. Fəaliyyət sahəsi kimi isə kimya sənayesi, ağac emalı, əczaçılıq, tibb, daşınmaz əmlak, İT - texnologiyası, peyk rabitə, tikinti, neft sənayesi, resotan, mehmanxana biznesi, alışveriş mərkəzləri göstərilirdi.

Putinlə əlaqələri

Bir maraqlı fakt isə M.Mirilaşvilnin A.Sobçakla birgə işlədiyi dövrlərdə Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putinin də ikincinin yanında olmasıdır. V.Putin Sobçakın tapşırığı ilə şəhərdəki bütün kazinolara nəzarət edirdi. Nəzərə alsaq ki, M.Mirilaşvilinin də kazinosu var idi, şübhəsiz onu Putinlə təkcə Sobçak deyil, iş əlaqələri də bağlayırdı. Başqa tərəfdən M.Mirilaşvili həbsdə olarkən qardaşı məhz Putinin tapşırığı ilə Peterburqun aristokrat strukturunun dəyişdirilməsinə rəhbərlik edir. Gözlənilən nəticə əldə edilir. Konstantin Mirilaşvili İzrailə gedir. Bir qədər sonra böyük qardaşı Mixail də həbsdən çıxaraq ona qoşulur.

Ailəsi

Mixail Mirilaşvili subaylıqla 1979-cu ildə vidalaşıb. Laura Şaptoşvili ilə ailə həyatı quran Mixailin bu evlilikdən bir qızı və bir oğlu var. Qızları Tamara Peterburqda gimnaziyanı bitirdikdən sonra İzrailə oxumağa gedib. 2000-ci ilin avqustunda ailə həyatı quran Tamara valideynlərinə öz karyerasını quracağı mesajını verib. Oğlu Vyaçeslav (İçxax) Amerikada diplomatik məktəbi eləcə də Taftsa universitetini bitirib. 2013-cü ildən “Vkontakte” sosial şəbəkəsinin səhmdarlarındandır.

Laura Mirilaşviliyə gəlincə, ixtisasca əczaçı olan bu xanım ana olduqdan sonra uzun müddət işləməyib. Bir müddət xeyriyyə ilə məşğul olub. Hazırda isə özünün dediyinə görə, ərinə pulu necə xərcləməkdə kömək edir.

Vyaçeslav Mirilaşvili

Atası kimi o da “Forbes”in siyahısında yer alır. Jurnalın 2013-cü ilə olan hesabatına görə, Vyaçeslav 0,95 milyard dollar sərvəti ilə Rusiyanın 200 ən varlı adamının arasında 114-cü sıradadır. Vyaçeslav həm də İzrail vətəndaşıdır. “VKontakte”nin sahibi olan, Vyaçeslav Rusiyanın həm də ən gənc milyoneridir. 2011-ci ildə o, şirkətin səhmlərinin 60 faizini “Mail.ru Croup”-a satır. 40 faiz səhmi özündə saxlamaqla şirkətin kontrolunu əlindən vermir. Onu da qeyd edək ki, Vyaçeslav şirkəti tələbə yoldaşları ilə birgə qurub.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm