Ukrayna yenidən “11 milyardlıq qadın”ın cəngində - FOTOLAR
Bizi izləyin

Milyonçu

Ukrayna yenidən “11 milyardlıq qadın”ın cəngində - FOTOLAR

Kifayət qədər tanınmış ictimai-siyasi xadim olmasına baxmayaraq, o hələdə oxunmamış kitabdır. Tərcümeyi- halında qazandığı pulların mənbəyi kimi etnik mənşəyi də sual doğuran məqamlardandır.

Ukrayna Ali Radası (parlament) sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılmasına imkan verən qanunu qəbul edib. Bu gün parlamentdə Ukraynanın Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun qəbul edilib.

Ukraynanın xalq deputatı Anna German qeyd edib ki, bu qanun Y.Timoşenkonun həbsdən azad edilməsinə imkan verir. Artıq bəzi müşahidəçilər Timoşenkonun Ukraynanın növbəti prezidenti olacağını ön görürlər. Qeyd edilir ki, müxalifətin indiki liderləri Vitali Kliçko və Arseni Yasenyuk hələ Qərbdə ciddi fiqurlar kimi qəbul olunmurlar.

İstənilən halda həbsdən çıxan Timoşenkonun Ukraynanın siyasi həyatında xüsusi rol oynayacağını söyləmək mümkündür. Publika.Az-ın “Milyonçu” layihəsi çərçivəsində Yuliya Timoşenko haqda bir araşdırma təqdim etmişdik. Azərbaycan üçün çox mühm ölkə olan Ukraynanın sükanının kimin əlinə keçəcəyini təsəvvür etmək üçün həmin yazını kiçik düzəliş və ixtisarla təkrar dərc edirik.

Kifayət qədər tanınmış ictimai-siyasi xadim olmasına baxmayaraq, o hələdə oxunmamış kitabdır. Tərcümeyi- halında qazandığı pulların mənbəyi kimi etnik mənşəyi də sual doğuran məqamlardandır. Çoxlarına görə, o, moldovalı, erməni, latış, rus, yəhudi, hətta qaraçı əsillidir.

Söhbət Ukraynanın dövlət və siyasi xadimi, 2005-ci il fevral-sentyabr aylarında, 2007-ci ilin dekabrında Ukraynanın baş naziri olan, "Batkivşina" partiyasının və “Yuliya Timoşenko Bloku”nun sədri, "narıncı inqilab"ın rəhbərlərindən biri Yuliya Vladimirovna Timoşenkodan gedir.

Oğlanlar Yuliyaya görə dava edirmiş

Yuliya Vladimirovna Qriqyan 1960-cı ilin 27 noyabrında Dnepropetrovskda anadan olub. Timoşenko nə qədər diqqət mərkəzindəki sima olsa da, valideynləri haqqında çox az şey məlumdur.Məsələn, bəllidir ki, anası Lüdmila Teleqina və atası Vladimir Abramoviç Qriqyan qızlarının 3 yaşı olarkən boşanıblar. Daha doğrusu, Vladimir onları tərk edib. Yaşamağa evi belə olmayan Lüdmila Teleqina qızını saxlamaq üçün bir neçə işdə işləmək məcburiyyətində qalıb. Bir sözlə Yuliyanın uşaqlığı elə də şadxürrəm keçməyib. Orda təhsilə gəlincə, o, 2 orta məktəbdə təhsil alıb. Düzdür, 9-cu sinifə qədər oxuduğu 37 saylı orta məktəbdəki illərdən az bəhs edilir. Çox güman ki, bu onun məktəbdəki “nümunəvi” davranışları ilə bağlıdır. Çünki gələcək qaz kraliçası və onun rəfiqəsi Lena təkcə məktəbin divarlarını silkələmirlərmiş. Qonşular dərsdən sonra onların oğlanlarla etdikləri şıltaq hərəkətləri hələ də xatırlayırlar. Məhz belə davranışlarının nəticəsində Yuliya məktəbdən qovulur. Təhsilini digər məktəbdə (Dnepropetrovskdakı 75 saylı) davam etdirir. Burada məktəbin oğlanlarının az qala yarısı ona aşiq olur. Sinif yoldaşlarının sözlərinə görə, Yuliya bütün oğlanların xoşuna gəlirmiş. Hətta onu evə ötürmək üstündə dava belə edirlərmiş. 1977-ci ildə məktəbi bitirən Yuliya soyadını dəyişərək anasının soyadını Teleqinanı götürür.

Ana yəhudi, ata erməni

Yuliyanın milli mənsubiyyəti hamı üçün sirdir. Özü də etiraf edir ki, ukraynaca danışmağı 1999-cu ildə öyrənib: “Ata tərəfdən 10-cu nəslə qədər latışam. Anam isə ukraynalıdır. Pasport stolunun işçisi günahı səbəbindən Qriqyanis əvəzinə Qriqyan soyadını almışam”. Yuliya atasının latış olduğunu nə qədər iddia etsə də, aparınlan araşdırmalar nəticəsində Latviyada Qriqyanis familyasınin olmadığı ortaya çıxıb. Soyadların öyrənilməsi ilə məşğul olan Latviya filoloqları Ukrayna tədqiqatçılarını əmin ediblər ki, Qriqyan erməni soyadıdır. Timoşenkonun etnik kökü ilə bağlı Ermənistandakı axtarışlar maraqlı sonuclara gətirib çıxarıb. Məlum olub ki, İrəvanda Qriqyan soyadında bircə ailə olsa da, Dağlıq Qarabağda bu soyadda böyük nəsil yaşayır. Əsgəran rayonundan olan nəslin kökü hətta erməni məliklərinə qədər gedib çıxır. Bu nəsil osmanlı ordusu ilə döyüşdüyünə görə kifayət qədər məşhur olub. 1918-1921-ci illərdə siyasi hadisələrdə fəallıq nümayiş etdiriklərindən 1923-cü ildə sürgün ediliblər. Bununla belə ermənilərin özləri də təsdiqləyirlər ki, Kopleyan və Muntyan soyadları kimi Qriqyan soyadı da onlara deyil, Bessarabiya yəhudilərinə və qaraçılara məxsusdur. Bu baxımdan Qriqyan soyadının banilərinin kökü Bessarabiya qaraçıları da ola bilər. Amma Ukrayna tədqiqatçıları Moldavada da Qriqyan soyadı tapa bilməyiblər. Bütün axtarışların nəticəsi olaraq yenidən qəhrəmanımızın atasının erməni yəhudisi olması üzərində dayanılıb. Timoşenkonun anası da sərhsiz yəhudidir. Əks halda Vladimir Qriqyan onunla evlənməzdi.

Bu arada Yuliyanın anasının kökü ilə bağlı araşdırmalar da bir nəticəsizdir. Lüdmila Teleqina Ukrayna mətbuatı üçün qapalı qutudur. Bu da məqsədli siyasətdir. Yuliya anasını daim mətbuatdan, paparasilərdən uzaq tutur. Yazılanlara inansaq o, PR menecerlərin uzun müddətdir ona düzüb-qoşduqları həyat hekayəsinə anasının ləkə salmasından, yəni ağzından söz qaçırmasından qorxur. Atasına gəlincə, onunla məsələ daha rahatdir. Çünki qızının ucalmasını görmədən illər əvvəl xərçəngdən haqqın dərgahına qovuşub.

Təsadüfi zəng və dəyişən həyatla bağlı nağıl

Yuliya Teleqinanın həyatı ilə bağlı digər müəmma Dnepropetrovskin elit ailələrindən olan Timoşenkoların oğlu Aleksandr Gennadiyeviç Timoşenko ilə necə tanışlığıdır. Bəzi mənbələrdə bu tanışlığın əsası kimi təsadüfi zəng göstərilir . Belə ki, telefonda nomrəni səhv salan gənc zəngə cavab verən Yuliya ilə tanış olur. Eşq təsadüfləri sevər əbəs yerə deməyiblər ki. Beləliklə, Saşa telefonda qıza aşiq olub onu görüşə çağırır. Bir neçə ay sonra 18 yaşlı Aleksandr valideynlərini özündən 1 yaş böyük, kasıb bir ailənin qızı ilə evlənmək faktı qaşısında qoyur. 1979-cu ildə ailə qururlar. Yuliya bu dəfə soyadını dəyişərək Timoşenko olur. Rayon partiya komitəsinin rəhbəri, qaynatası Gennadi Timoşenko yeni ailəyə ev verir. Sahəsi 31 kv.metr təşkil edən 1 otaqlı mənzil Timoşenkonun ilk evi olur.

Timoşenkoların biznesi

Dnepropetrovsk universitetinin iqtisadiyyat fakültəsinin bitirən Yuliya 5 il zavodda işləyir. Onun ilk biznesi 1989-1991-ci ildə pirat vodeokasetlərin kirayəsi ilə başlayır. Sonradan qaynatasının köməyi ilə videosalon şəbəkəsi yaradır. Növbəti biznesi isə “Ukraynski benzin” olur ki, bu biznes 5 il sonra bu biznes ona milyard dollarla gəlir gətirməyə başlayır. Yuliya bu zaman Dnepropetrovskdə qubernator olan Pavel Lazarenkonun köməyindən yararlanır. Lazarenko Yulyiyanın şirkətini ərazidə neft məhsullarının çatdırılması üzrə monopolistə çevirir. Ümumiyyətlə, xanım Timoşenkanın biznes və siyasi karyerasında Lazarenko “xaç atası” rolunu yonayır.

1991-ci ildən başlayaraq Lazarenkonun dəstəyi ilə biznesini daha genişləndirir. Həyat yoldaşı onun kölgəsində “Sial”, “Beyutaqa”, “Uraynski biznes”, “Sodrujestvo” və s. şirkətlərin həmtəsisçisi olur. Ukraynanın Vahid Enerji Sistemi adlı yanacaq-sürtgü şirkətinin əsasını qoyur. 1995-1996-cı illərdə bu şirkətin dövriyyəsi bir neçə milyon dollar təşkil edir. Həmin dövrdə artıq Yuliyanın sərvəti 11 milyard dollar dəyərində qiymətləndirilirdi. O, el arasına “millyardlıq qadın” ləqəbi ilə çağrılırdı.

Qeyd edək ki, şirkət Ukrayna maşınqayırma sənayesinin məhsullarını Rusiya enerjidaşıyıcılarına dəyişməklə məşğul olurdu. Yuliya Timoşenko özü deyir ki, onun bu istiqamətdə fəaliyyəti Ukraynanın Rusiyaya qaz borcunu aradan qaldırmağa imkan verdi. Əleyhdarları isə şirkətin "qara sxem"lə işlədiyini vergidən yayındığını iddia edirlər. Bu arada Yuliya Timoşenko "Ukraynanın Vahid Enerji Sistemi" şirkətinə rəhbərlik etdiyi dövrdə artıq Pavel Lazarenko qubernator yox, Ukraynanın baş naziri idi.

Siyası karyera

Yuliya 1997-ci ildə ilk dəfə deputat, eyni zamanda Pavel Lazarenkonun lideri olduğu Qromada Partiyasında sədrin ilk müavini seçilir. 1998-ci ildə o, yenidən parlamentin üzvü olur. Parlamentin büdcə komitəsinə rəhbərlik edir. 1999-cu ildə Rodina Partiyasının rəhbəri olur.

1999-cu ilin sonlarınla Yuliya parlamentdən gedir. Viktor Yuşşenkonun başçılıq etdiyi hökumətdə baş nazirin birinci müavini olur. Ukraynanın enerji bazarında uğurlu islahatlar aparmağı bacarır. Bu sahədən büdcəyə daxilolmalar artır, büdcədən maliyyələşən təşkilatların işçilərinin maaşları və pensiyaçıların təqaüdləri ödənilir. Bu arada Yuliya Timoşenkonun baş nazir olduğu birinci dövrə münasibət fərqlidir. Timoşenko özü hesab edir ki, prezident və onun komandasının əks fəaliyyətinə baxmayaraq, çoxlu uğurlara nail olub. Əleyhdarları isə deyir ki, həmin dövrdə Ukraynada ÜDM-in səviyyəsi aşağı düşüb, çörək, ət və benzinlə bağlı böhranlar yaşanıb.

Viktor Yuşşenko Yuliya Timoşenkonu baş nazir postundan uzaqlaşdırandan sonra o, müxalif düşərgədə siyasi fəaliyyətini davam etdirir. 2006-cı ildə keçirilən parlament seçkilərində 22 faiz səs yığıb, parlamnetdə ən böyük fraksiyalardan birini yaradır. Təkrar parlament seçkilərində yüksək nəticələr qazanır. "Yuliya Timoşenko Bloku" 30 faiz səs yığaraq parlamentdə 156 mandat qazanır. Viktor Yuşşenkonun "Bizim Ukrayna" bloku ilə razılaşma əldə olunması və "Vladimir Litvin Bloku"nun da qoşulmasıyla da kövrək koalisiya nəticəsində 2007-ci ildə Yuliya Timoşenko yenidən baş nazir olur. Qlobal iqtisadi böhranın baş nazir olduğu dövrə düşməsi onun üçün ciddi problem yaradır. O, həm prezident Viktor Yuşşenko, həm də Viktor Yanukoviçin daimi hücumları ilə üzləşir.

Həbsi

Nəhayət, 2011-ci ildə rəqibləri onun həbsinə nail olurlar. Kiyevin Peçyora məhkəməsi Timoşenkoya 7 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarır. Məhkəmə sabiq baş naziri 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən vəzifə səlahiyyətlərini aşaraq Ukrayna dövlətinə təqribən 187 milyon dollar zərər vurmaqda təqsirləndirir.

“Lui Vitton” sevgisi

Yuliya Qərb elitası arasında məşhur olan “Lui Vitton”nun geyimlərinə üstünlük verir. 2007-ci ildə aparılan hesablamalara əsasən Yulyiyanın təkcə“Lui Vitton”dan geyiminin dəyəri 31 620 dollar təşkil edib. Bura “Lui Vitton”dan “Manhetten Pi Em” çanta modeli (1280 dollar), "Le Talentueux" çanta modeli (2 140 dollar), yay gödəkçəsi(4 200 dollar), bir neçə paltarlar (hər birinin dəyəri 2 700 dollar), ayaqqabı (600 dollardan başlayaraq) daxildir. Yeri gəlmişkən, Timoşenko parlamentdə olduğu, baş nazir kimi fəaliyyət göstərdiyi dövrdə bir paltarı təkrar geyinməyib. Onun məşhur saç düzümünə isə ictimai tədbirlərdə 5000 dollar xərclədiyi iddia olunur.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm