Dostluqdan sildiyi şəxsi prezident elədi, indi ölkədən qaçır
Bizi izləyin

Milyonçu

Dostluqdan sildiyi şəxsi prezident elədi, indi ölkədən qaçır

Çünki o, indiki prezident Yanukoviçin ən güclü hamilərindən biri, Timoşenko- Yuşşenko tandeminə daxil olan “narıncı”ların önündə ən ciddi maneədir.

Bu gün xəbər saytları Ukryananın ən varlı adamı Renat Əhmədovun ölkəsindən qaçdığı haqda məlumat yaydı. Bu ölkədə baş verənlərin fonunda onun gedişi təbii qarşılana bilər. Çünki o, indiki prezident Yanukoviçin ən güclü hamilərindən biri, Timoşenko- Yuşşenko tandeminə daxil olan “narıncı”ların önündə ən ciddi maneədir.

O, Ukraynanın ən varlı adamıdır. “Bloomberg”-in versiyasına görə, varidatının həcmi 22 milyard dollar təşkil edir. “Bloomberg” onun adını dünya milyaderlərinin siyahısında 26-cı, “Forbes” isə 47-ci yerdə göstərir. Dövlət idarəetməsində iştirak etməsə də onun haqqında iqtidarın gizli sahibi deyirlər.

System Capital Management şirkətinin sahibi olan bu şəxs xarabalıqlardan qızıl saraylara yüksəlib.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində onun barəsində dərc etdiyimiz yazını təkrar təqdim edirik.

Bir zamanlar yatmağa çarpayıları belə olmayıb

Renat Əhmədov 1966-cı ildə Donetskdə anadan olub. Tatarıstan respublikasından olan valideynləri - atası Leonid Əhmədov şaxtada fəhlə, anası Nyakiya Nəsrəddin qızı Əhmədova isə dükanda satıcı işləyirdi. Yazılanlara inansaq 2 uşaqlı ailə çox kasıb şərtlər çərçivəsində həyat sürürdü. Belə ki, heç bir komunal təhcizatı olmayan köhnə balaca mənzildə yaşayır, çarpayıları olmadığından “raskuladuşkada” yatırdılar. Demək olmaz ki, Leonid Əhmədov ailənin maddi durumunu yaxşılaşdırmağa çalışmırdı. Əksinə şaxtada digərləri ilə müqayisədə daha çox işləyirdi. Hansı ki bu da sonda onun sağlamlığını itirməsinə gətirib çıxarır. O ağciyər xəstəliyindən vəfat edir. Ailənin yükü böyük oğul İqorun çiyinlərinə düşür. İqor ailəni dolandırmaq üçün atası kimi şaxtada işləməyə başlayır.Çox keçmir ağır peşə xəsarəti alaraq işdən çıxmaq məcburiyyətində qalır.

Sirrə dönən ilk əmək fəaliyyəti

Renata gəlincə, kiçik yaşlarında təhsilə marağı olmasa da idmana meyl edirdi. Xüsusilə boks və futbola. Yeri gəlmişkən, idmana olan həvəsini onun milyardlara gedən yolda giriş qapısı hesab etmək olar. Bu barədə az sonra...

Renata boks sahəsində parlaq karyera vəd edilsə də ailənin material vəziyyəti məktəbi bitirdikdən sonra onu işləmək məcburiyyətində qoyur. Düzdür, gələcəyin milyarderinin harda və nə işlədiyi hələ də qaranlıq olaraq qalır. Təkcə o bəllidir ki, R.Əhmədov özünün əmək fəaliyyətinə Əhət Hafiz oğlu Braqin - Aleksandr Braqinla (kriminal avtoritet)birgə başlayıb . Aleksandr Braqin R.Əhmədovun qonşusu olmaqdan savayı onları həm də boksa olan maraqları birləşdirirdi. Göründüyü kimi, R.Əhmədov professional idmançıya çevrilməsə də həmdəm qazanır. A.Braqinin bioqrafiyasında qeyd edilir ki, o, rinqdə ilk addımlarını Renat Əhmədov və Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviçlə birgə atıb. “Alik Qrek” ləqəbi ilə məşhurlaşan A.Braqin gəncliyində məlum "Oktyabrski” şaxtası yaxınlığındakı bazarda qəssab işləyıb. Yenidənqurma başlayanda ərazidəki kiçik biznes tatar diasporunun əlində cəmləşdiyindən R.Əhmədovla birgə dükanlarda işləməyə başlayır. Bəzi mənbələrə əsasən R.Əhmədovla A.Braqinin kapitalının mənbəyi məhz Donetskidəki 41 saylı dükandır. Həmin dükanda R.Əhmədov ekspeditor, A. Braqin direktoru işləyirmiş. Və dükan Donetskinin topdan və pərakəndə bazası sayılan Ukrtekstiltorg"a daxil imiş. Şamil İvankov adlı şəxs tərəfindən idarə edil baza defisit malların xəzinəsi sayılırmiş.

Fırıldaqçı dostlar

Versiyalara görə, A.Braqin və R.Əhmədov defisit mallar bazadan 41 saylı dükana getmək adı ilə çıxarır və az hissəni satışa verirdilər. Böyük qisim ikiqat qiymətə Donetski ərazisindəki digər ticarət obyektlərində satışa çıxarılırdı. 41 saylı dükan o dpvr üçün dostları birləşdirən yeganə biznes deyildi. Onlar hətta Yevqeniya Şerbaniyanın məhsulları olan rus araqları biznesini idarə ediridilər.

R.Əhmədov adlı şəxs isə A.Braqinin ölümündən sonra cəmiyyətə bəlli olur. Belə ki, Braqinin 1995-ci ildə “Mədənçilər” futbol klubunun Donetskidə stadionundakı partlayışda həlak olması Renatın ulduzunu parladır. Olaydan sonra R.Əhmədov dostunun yerini tutaraq sözügedən futbol klubunun rəhbəri olur. Lakin bu hamısı deyil. Renat həm də A.Braqinin biznesdəki yerinə də sahiblənir. “Qrekin” sənaye və maliyyə sahəsindək i biznesinin əsas hissəsi R.Əhəmdovun idarəçiliyinə keçir.

Necə milyarder oldu?

R.Əhmədov özü də bu suala cavab “tapa bilmir”. Belə ki, indiyə qədər Ukaynanın əksər varlı iş adamları kim ilkin kapitalını və milyonları necə qazandığına dair tutarlı fikir səsləndirməyib. Özünün müsahibələrindən birində bildirib ki, SSSR-nin dağılmasından sonra bir çox sahələrdə riskləri qarşısına alaraq varlanıb: “Biznesdə ilk addımlarım uğursuz olub. Bu 1990-cı ilin əvvəlində idi. Müəyyən biznesim var idi. Bu məndə təsadüfən alınmışdı. Planlaşdırmadan böyük pullar əldə edik. Həmin pula müəssisə aldıq. Amma müəssisə ilə nə edəcəyimizi bilmədik. Sonradan onu sata da bilmədik. Ölkədə inflyasiya baş verdi. Biz həmin müəssisəni tamamilə başqa pula satdıq. Sonra biznesimiz qaydasına düşdü. İlk ciddi pulu 1995-ci ildə "Donqorbank" şəhər bankının yaradılması ilə qazandıq”.

İctimaiyyət üçün isə hələ də R.Əhmədovun sərvətinin mənbəyi, A.Braqinla dost olması və ya onları biznes maraqlarının birləşdirməsi sirr kimi qalmaqdadır. Bir fakt var o da R.Əhmədovun Ukraynanın ən varlı iş adamı olmasıdır. 2000-ci ildə yaratdığı, 2009-cu ildə isə tam hüquqi əsaslı sahibi olduğu 90-dan çox şirkəti özündə birləşdirən System Capital Management dağ-mədən, enerji, telekommunikasiya sənayesi, bank, sığorta, media, pərakəndə ticarət, daşınmaz əmlak və iqtisadiyyatın digər sahələrini əhatə edir. Hələ 2006-cı ildə ukraynalı ekspertlər onun sərvətini 11,8 milyard dollar, 2007-ci ildə isə 15 milyard dollar səviyyəsində qiymətləndiriblər.2008-c ilin iyununda isə ”Korrespondent ”in analitikləri R.Əhmədovun varidatının 31 milyard dollar olduğunu irəli sürməklə onun Avropa və MDB-də üzrə ən varlı iş adamı kimi təqdim edirdilər. Yeri gəlmişkən, iş adamına məxsus System Capital Management-lə bağlı auditin nəticələri də az rəqəmlərdən xəbər vermir. Auditor şirkəti olan "PricewaterhouseCoopers"in rəyinə görə, SCM-in aktivlərinin dəyəri 2005-ci ildə 7,235 milyard dollar olub. Şirkətin xalis gəliri isə 2006-cı ildə 1,232 milyard qrivin, 2007-ci ildə 19 milyard qrivin təşkil edib. Şirkət öz press-relizində belə maliyyə göstəricilərinə aktivlərin bazar dəyərinin artması nəticəsində nail olduqlarını iddia etsə də R.Əhmədovun biznesinin parlamasında hazırkı Ukrayna hakimiyyəti ilə “köhnə” əlaqələrinin rolu böyükdür.

Renat Əhmədov siyasətdə

Girişdə yazdığımız kimi, Əhmədov hakimiyyətin qeyri-rəsmi sahibi sayılır. Amma iş adamı aktiv siyasətə 2004-cü ildə “Regionlar Partiyası” nın prezidentliyə namizədi Viktor Yanukoviçi ( ki, işgüzar və yoldaşlıq əlaqələri çoxdan artıq pozulmuşdu) fəal müdafiə etməklə qədəm qoyub. 2006-cı ildə “Regionlar Partiyası”nın namizədi kimi seçkilərə qatılıb. 2012-ci ildə isə yenidən seçkidə iştirak etməkdən imtina edərək xeyriyyə fəlaiyyəti ilə məşğul olacağını bildirib.

30 milyard dollara yaxın varidatın sahibi təhsil almayıb

R.Əhmədov haqqında daha bir müəmma onun ali təhsili ilə bağlıdır. Məsələn, bioqrafiyasında onun 1990-cı illərdə Donetsk Universitetinin iqtisadiyyat fakultəsini bitirdiyi yazılır. Lakin iş adamının universitetə qəbul və bitirmə tarixinə dair konkter olaraq heç bir mənbədə məlumat yoxdur.

Ailəsi

R.Əhmədov evlidir. Dəmir və Elmir adlı iki oğlu var. Oğlanları, həyat yoldaşı biznesinin idarəsində iştirak edirlər. Bir zamanlar satıcı işləyən Nyakiya Əhmədova isə şirkətlərdən birinin müşahidə şurasının üzvüdür. Əslində R.Əhmədov uşaqikən anasına verdiyi sözü doğruldub: “Anamın böyük pul kisəsi var idi.Lakin həmişə boş olardı. Anama deyərdim ki böyüyəndə futbolçu olacam. Çoxlu pul qazanacam. Sən pul kisəni mütləq saxla. Xəyallar həqiqət oldu. Futbolçu olmasam da futbol klubunun sahibi oldum”.

Onu da qeyd edək ki, iş adamı oğlu Dəmiri Serbiyanın qənd kralının qızı Diana Kostiç ilə evləndirib. Böyük Britaniyada yaşayan cütlük İsveçrədə təhsil adlıqları zaman tanış olublar.

“Ölmək istəmirəm”

Milyarderin əsas hobbisi futboldur. Bu qədər keşməkeşli, sirrli həyata sahib iş adamının nədən qorxmasına gəlincə isə müsahibələrindən birində belə deyib: “Əvvəla mən ac gəzməyi sevmirəm. İkincisi xəstələnməkdən xoşum gəlmir.Üçüncüsü də ölmək istəmirəm”.

Siyahılardakı milyardlar

Müxtəlif qiymətləndirmə şirkətləri onun sərvətinin həcmini fərqli göstərir. Məsələn, “Korrespondent”in reytinq cədvəlində R.Əhmədovun adı Ukraynanın 50 varlı vətəndaşı arasında birincidir. Dərgi 2012-ci ildə iş adamının sərvətini 17,8 milyard dollar qiymətləndirib. “Forbes” isə həmin il üzrə onun varidatını 16 milyard dollar göstərib. Amma bütün bu rəqəmlər iş adamının gəlir və xərcləri barədə özünün verdiyi hesabatlardan çıxarışlardır. Gerçəklikdə R.Əhmədovun sərvətinin həcminin daha böyük olduğu iddia edilir. Bu rəqəm qeyri-rəsmi 40 milyard göstərilir. Donetskidə bütün biznes obyektləri, otellər ona məxsusdur. Mafiya lideri kimi ad çıxarsa da həmşəhərliləri apardığı yenidənqurma işləri səbəbindən R.Əhmədova hörmət edirlər.

Milyonçular milyarderlərə qarşı

“Narıncı İnqilab”ın məhz onun milyardlarına qarşı təşkil olunduğu deyilir. Düzdür, xalq hökümətdən narazı idi.Amma kiçik biznemenlər düşünürdülər ki, inqilab onların maraqlarına xidmət edir.Yuliya Timoşenko kimi milyonçular idi. Onlar hesab edirdilər ki, R.Əhmədov kimi milyarderlər Ukraynanın tam sahibi olmaqda onlara böyük maneədirlər.

Komadan One Hyde Park-a

35 il əvvəl heç bir komunal təchizatı olmayan evdə yaşayan R.Əhmədovun One Hyde Park –da (Londonun ən bahalı binalarından biri) iki mənzili var. 80 mənzilli One Hyde Park –da mənizlin kvadratmetrinin dəyəri 70 min funtsterlinq təşkil edir. Binada ən ucuz mənzilin dəyəri 7 milyon funt sterlinqdir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm