• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Suriyada vuruşan azərbaycanlı komandir: “Azərbaycandakı müsəlmanlara çağırışım budur ki...”

Suriyada vuruşan azərbaycanlı komandir: “Azərbaycandakı müsəlmanlara çağırışım budur ki...”

Üç ilə yaxın müddətdir Suriyada Bəşər Əsəd rejimi və şiə döyüşçülərinə qarşı döyüşən Mahmud Azəri Türkiyənin “Timetürk” saytının yazarı Furkan Azəriyə müsahibə verib.

Publika.az xəbər verir ki, Hələb, İdlib və Lazikiye bölgəsində gedən döyüşləri yaxından izləyən Furkan Azəri Azərbaycandan Suriyaya keçən döyüşçülərin liderlərindən olan Mahmud Azəri ilə cəbhə xəttində görüşüb.

Suriyadakı müharibə və İŞİD məsələsi də daxil olmaqla bir çox mövzuda fikirlərini bildirən Mahmud Azəri təxminən altı ildir müxtəlif cəbhələrdə döyüşən təcrübəli bir döyüşçüdür. O, Suriyadakı inqilabı terrorla bağlamaq istəyən Qərb və Azərbaycan mətbuatına da mesaj verib.

- Fikrimcə, əvvəllər heç bir mətbuat orqanına müsahibə verməmisiniz. Buna görə də Türkiyə ictimaiyyəti sizi yaxından tanımır. Əvvəlcə Mahmud Azərini bir qədər tanıyaq...

- Azərbaycanın Bakı şəhərindənəm, adım Mahmud və 30 yaşındayam. 2007-ci ildə Azərbaycan İqtisad Universitetini bitirdim. Bir müddət ixtisasım üzrə işlədim. Ancaq tələbə olduğum illərdən etibarən islam dünyasında yaşanan zülmləri yaxından izləyirdim. 2009-da müsəlmanların müqavimətinə kömək etmək məqsədi ilə Əfqanıstana getdim. Çünki inancımız və əqidəmiz bizdən müsəlmanlara yardım etməyimizi tələb edirdi.

- Əfqanıstanda nə qədər qaldınız? Bizə bir qədər də Əfqanıstandakı təcrübənizdən bəhs edin. Çünki Suriya məsələsindən sonra Türkiyədə “xarici döyüşçülər” mövzusu daha çox müzakirə edilməyə başlanılıb. Minlərlə gəncin Suriyadan əvvəl Əfqanıstan, Çeçenistan və İraqa getdiyini bilirik...

- Əfqanıstanda təxminən 4 il qaldım. Orada olduğum müddətdə Taliban hərəkatı ilə birlikdə idim, əlimdən gəldiyi qədər onlara yardım etməyə çalışdım. Bir müddət sonra oradakı müsəlmanların administrativ işləri üzrə cavabdeh şəxs oldum. Əfqanıstan torpaqları bizə çox şeyi öyrətdi, sanki bir məktəb oldu. Müsəlmanların bir-birlərinə kömək etməsi, islam qardaşlığı, çox məhdud imkanlara baxmayaraq, necə mübarizə aparacağımızı öyrətdi.

- Bəs niyə oradan ayrıldınız, niyə “Əfqanıstan məktəbi”ni buraxaraq Suriyaya gəldiniz?

- Əfqanıstanda ikən Suriyada zalım rejimə qarşı qiyam bizi çox həyəcanlandırdı və sevindirdi. Belə bir şey olacağını əsla ağlımıza gətirmirdik. Suriya xalqı bu rejimə qarşı çıxanda, Əsədin tez bir zamanda devriləcəyini düşündük. Lakin zaman getdikcə müsəlmanlara qarşı nə qədər azğınlaşdığını, hətta qadınları və kiçik uşaqları belə necə qətl etdiyini, dünyanın müsəlmanlara qarşı edilən bu qətliam qarşısında necə səssiz qaldığının şahidi olduq. Beləliklə, 2013-cü ildə Əfqanıstandan ayrılaraq Suriyada cihada qatıldım. Təbii ki, Dəməşq torpaqlarına gəlməyimin səbəblərindən biri də Allahın elçisinin (s.ə.v.) bu bölgə haqqında verdiyi müjdələrdir.

- Suriyaya gələn zaman nələrlə qarşılaşdınız, Suriya gözlədiyiniz kimi idimi?

- Biz Suriyaya gələndən çox qısa müddət sonra İŞİD fitnəsi ortaya çıxdı və müsəlmanların parçalanmasına görə çox üzüldük.

- “Fitnə" dediyiniz bu hadisələrə qarşı sizin davranışınız necə oldu? Çünki İŞİD ilə suriyalı müxaliflər arasında olduqca ciddi mübarizə yaşandı...

- Əvvəlcə əlimizdən gəldiyi qədər bu fitnədən uzaq durmağa çalışdıq. Həmişə düşündüyümüz bu olub ki, Suriya xalqına köməyə gəlmişik. İŞİD fitnəsi ilk vaxtlar fərqli bir istiqamət üzrə gedirdi, onu tam olaraq anlaya bilmirdik. Amma zaman keçdikcə İŞİD daha da sərtləşdi və biz də ona görə mövqeyimizi müəyyənləşdirdik.

- İŞİD ilə müxalif qruplar arasındakı problem ilk vaxtlar hansı şəkildə idi, sizin mövqeyiniz niyə dəyişdi?

- İŞİD ilk vaxtlar müsəlmanları öldürmürdülər, indi isə bunu açıq şəkildə edirlər. Zaman keçdikcə İŞİD-in iç üzü açıq şəkildə ortaya çıxdı. Müsəlmanlara hər yerdə zərər verməyə başladılar. Yalnız Suriyada deyil, dünyanın hər yerində. Lakin Allaha şükürlər olsun ki, əldə etdiyimiz təcrübə bizə kömək etdi və ilk gündən bu fitnəni görərək ondan uzaq dayandıq.

- İŞİD-lə bağlı ümumiyyətlə nə söyləmək istəyərdiniz? Məlumdur ki, İŞİD artıq yalnız Suriyadan ibarət deyil. Xarici döyüşçülərin də İŞİD-in sıralarına qoşulduğu bir gerçəkdir. Bu baxımdan Suriyaya xaricdən gələn bir döyüşçü olaraq sizin fikriniz əhəmiyyətlidir...

- Bu gün İŞİD-in islam ümmətinə zərər verdiyi şübhəsizdir. Bu təşkilatın zərərləri Suriya ilə məhdudlaşdırıla bilməz. Müsəlmanların əldə etdiyi uğurların əllərindən çıxmasına səbəb oldular, ümməti parçaladılar. Cihadın Xalid əs Suru kimi əhəmiyyətli adlarından birini qətl etdilər, mücahidlərin mərkəzlərinə intihar hücumları təşkil edirlər. Düşünün, xilafətin ən böyük məqsədlərindən və hədəflərindən biri ümmətin birliyidir, amma bunların dediyi xilafət ümməti ikiyə böldü. Keçmişdə insanlarda mücahidlərə qarşı etibar var idi, lakin hazırda bu etibara kölgə düşüb, artıq mücahidlər deyəndə insanların ağlına haqsız olaraq insanların canına qıyan, baş kəsən, heç bir haqq tanımayan mərhəmətsiz insanlar gəlir. Halbuki mücahidlər belə deyillər. Biz müsəlmanların ağrılarını və çətinliklərini ən çox paylaşan insanlarıq. Bizim məqsədimiz zülmü aradan qaldırmaq, insanları qula qulluq etməkdən çıxararaq Allaha qulluq etməyə çağırmaqdır, zalımlara qarşı müsəlmanlara kömək etməkdir.

- İŞİD-ə qatılmaq mövzusu sanki yarımçıq qaldı... İŞİD-ə qatılan xarici döyüşçülərlə əlaqədar nələr söyləmək istəyərdiiniz?

- Biz onlara qatılmaq istəyən, onlara simpatiya bəsləyən insanlara acıyaraq dua edirik. Allah onların gözlərini açsın ki, qaranı ağdan seçə bilsinlər. Məsələ İŞİD-in medianın gücündən istifadə edərək izah etdiyi kimi deyil. İŞİD davamlı olaraq bildirir ki, Suriyadakı mücahidlər islamı istəmirlər. Halbuki məsələ belə deyil. Onlar media vasitəsilə dayanmadan yalan danışırlar. Həmin insanlara sonra tövsiyə edirik ki, islam alimlərinin nəsihətlərini və İŞİD haqqındakı bəyanatlarını diqqətlə oxusunlar. Bizim əlimizdə media gücü olmadığı üçün buradakı müxalifətin vəziyyətini Qafqaza çatdıra bilmirik, onlar isə gəncləri öz sıralarına çəkmək üçün geniş təbliğat aparırlar. Gənclərə nəsihətimiz odur ki, onların bu təbliğatına inanmasınlar. Hətta cahil gənclər də oraya getdikdən sonra nələrin baş verdiyini tam olaraq bilmirlər.

- Uzun müddətdir ki, Suriya torpaqlarındasınız. Suriyada hazırda vəziyyət necədir, hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Suriyadakı siyasi mövzular haqqında çox danışmaq istəmirəm. Bu mövzuda buradakı müqavimət hərəkatının liderləri danışır. Ümumiyyətlə deyə bilərəm ki Suriyada müsəlmanlar hər gün daha da inkişaf edir və güclənirlər. Buna paralel olaraq rejim hər gün zəifləyir. Hələb cəbhəsində rejim hər gün bir bölgəni itirir. Eyni zamanda rejimin çox əhəmiyyət verdiyi Lazikiye cəbhəsi də getdikcə daralır. Əsəd rejimi bir ilə yaxındır ki, yalnız müdafiə olunur. Hətta müdafiəni də yaxşı qura bilmir. Artıq Əsəd deyə bir şey yoxdur, İran-“Hizbullah”-Əsəd ittifaqı var. İran Suriyadan çəkilsə, Əsəd bir ay dözə bilməz.

- Hərbi olaraq Suriyanın hansı cəbhələrində mübarizə aparırsınız?

- Suriyanın Hələb və İdlib cəbhələrindəyik. İdlib zalım rejimdən təmizləndiyi zaman bizim yoldaşlarımız da orada idilər. Bundan başqa hazırda Hələbin ən çətin cəbhələrindən biri olan Leromandayıq və əlimizdən gəldiyi qədər müsəlmanların sıralarında Əsədə qarşı mübarizə aparırıq. İdlibin fəthində bizim qardaşlarımızdan da yaralananlar oldu.

- Bir az da Azərbaycandan bəhs edək. Ümumiyyətlə, insanlar “Azəri mücahid” ifadəsini eşidəndə ağıllara “İŞİD üzvü” gəlir. Bunun səbəbləri nədir?

- Təəssüf ki, bu fikirdə yüz faiz olmasa da, böyük ölçüdə haqlısınız. Bu gün azərbaycanlıların böyük qisminin İŞİD-in sıralarında olması insanların bu cür düşünməsinə səbəb olur. Amma bunu da unutmaq lazım deyil ki, burada sizin də gördüyünüz kimi İŞİD-in içində olmayan yüzlərlə azərbaycanlı var.

- Azərbaycanda və hətta dünyanın bir çox ölkəsində xarici döyüşçülərin Suriyaya pul üçün gəldiyini deyilir. Bu, həqiqətənmi belədir?

- Əlbəttə, xeyr! Biz bu iddialara gülürük. Siz də hazırda görürsünüz ki, üzərimizdən təyyarələr uçur. Bizim onların təyyarələrinə müqavimət göstərəcək hava gücümüz yoxdur. İnsanlar pul üçün çox şeyləri edə bilərlər, amma əsla ölümə getməzlər. İnsanlar pulu onsuz da yaxşı yaşamaq üçün qazanırlar, halbuki biz hər an ölümlə qarşı-qarşıyayıq. Əslində bu iddialar müsəlmanların qardaşlıq ruhu və fədakarlığına kölgə düşürmək üçündür.

- Azərbaycanda tez-tez səsləndirilən “Suriyadan sonra Azərbaycana dönəcəklər və Azərbaycanda hərəkata başlayacaqlar” iddialarını necə qiymətləndirirsiniz?

- Belə bir düşüncəmiz əsla yoxdur. Bizim Azərbaycanla əlaqədar düşüncəmiz yalnız oradakı xalqa islamı izah etməkdir. Bütün düşüncəmiz budur. Bu iddiaları dilə gətirənlər bizi cəmiyyətin qarşısında etibarsız vəziyyətə salmaq istəyirlər. Cəmiyyətlə aramıza sədd çəkmək istəyirlər.

- Azərbaycan və Qafqaz, ümumiyyətlə dünyadakı müsəlmanlarına mesajınız nədir?

- Dünyadakı, xüsusilə də isə Azərbaycandakı müsəlmanlara çağırışım budur ki, bizim üçün dua etsinlər, buradakı müsəlmanlara edilən zülmü görsünlər, əllərindən gəldiyi qədər buradakı müsəlmanlara kömək etməyə çalışsınlar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR