• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Saakaşvili: “Putindən sonra Rusiya 2-3 il xaos içində olacaq, Şimali Qafqaz ayrılacaq, Tatarıstan və Başqırdıstan...” – MÜSAHİBƏ

Saakaşvili: “Putindən sonra Rusiya 2-3 il xaos içində olacaq, Şimali Qafqaz ayrılacaq, Tatarıstan və Başqırdıstan...” – MÜSAHİBƏ

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanın “Novoya Qazeta” nəşrinə geniş müsahibə verib. Qubernator müsahibədə 2008-ci il Gürcüstan-Rusiya müharibəsi, Donbas hövzəsindəki vəziyyət, Rusiya prezidenti Vladimir Putinlə münasibətlər və Odessa sakinlərinin xarakteri haqqında suallara cavab verib.

Publika.az həmin müsahibəni təqdim edir.

- Yəqin ki, Ukrayna böhranı kontekstində bu ilin 8 avqust tarixi 2008-ci ildəki müharibənin ildönümü üçün çox xüsusi gün idi...

- Mən müharibənin olmaması üçün hər şeyi edirdim. Gürcüstan Cənubi Osetiyaya görə müharibəyə başlamazdı. Abxaziyaya görə isə başlayardı. Abxaziya böyük kurort bölgəsi idi, burada limanlar var idi. Biz reaksiyanı yalnız o vaxt verdik ki, Rusiya ordusu tuneli keçərək düzənlikdə idi və istənilən yerə gedə bilirdi. Putin əvvəlcə deyirdi ki, MDB mədəni boşanma mexanizmidir. Amma ikinci prezidentlik müddətindən sonra fikrini dəyişdi.

- Amma Siz gördünüz ki, o müharibə istəyir və qarşıdurmada heç bir şansınız yoxdur...

- Razılaşmaq mümkün idi. Astanada MDB-nin sammiti keçirilirdi. Medvedev sammit müddətində məndən qaçırdı və mən ona qaçaraq çatırdım. Medvedevə zəng edirdim, məni Putinlə birləşdirirdilər və o, deyirdi: siz yəqin ki, mənimlə danışmaq istəyirsiniz? Mən cavab verirdim ki, bəli, problemlər var, Abxaziyada yolu bizimlə razılaşdırmadan tikirsiniz, sərhədlərdə qoşun cəmləyirsiniz, bunları Avropada da yazırlar, bizi dəstəkləyirlər… Putin cavabında deyirdi: Nə deyirlər, çox yazırlar?

- Bunları bilirəm. Hətta Sizə yazılanları və kağızları bükərək boruya soxmağı məsləhət görərdi… O, nə üçün sizə şəxsən nifrət edir? Siz yəqin nəsə demisiniz, yaxud da etmisiniz...

- Mənim Putinə heç bir nifrətim yoxdur. O, Gürcüstanı çoxdan cəzalandırmağı planlaşdırırdı. O, Krımı çoxdan almağa qərar vermişdi və bu plan çoxdan hazırlanırdı. Ağılsız kimi danışmaq lazım deyil ki, əgər Maydan olmasaydı, Krım Ukraynanın olaraq qalardı. Mən Gürcüstan rəhbərliyində olmasaydım da, avqust ssenarisi həyata keçiriləcəkdi.

- Siz niyə avqustun 8-i Putinə zəng vurmadınız?

- Rusiyada daim yazırdılar ki, Gürcüstan olimpiya barışığını pozacaq. Avqustun əvvəllərində Osetiyadan məqsədyönlü şəkildə qadınları və uşaqları təmizləyirdilər, israrla onlara Rusiyaya istirahətə getməyi məsləhət görürdülər.

- Burada pis heç nə görmürəm. Tamamilə insanpərvər qərar idi...

- Siz hesab edirsiniz ki, bu humanizmdən qaynaqlanırdı? Bu onun üçün idi ki, camaat hərbi texnikanın tunellə irəliləyişinə mane olmasın. Mən Tiflisə gəldim, nazirlərin yarısı məzuniyyətdə idi. BMT-yə zəng etdim, onlar da məzuniyyətdə idilər. Medvedevə zəng edirəm, deyirlər ki, indi danışmaq istəmir. Putinlə birləşdirmirlər. Bizim zərbə briqadamız İraqda idi. Sxinvalidən Tiflisə qədər tanklar üçün üç saatlıq yol var idi. Mən nə etməli idim? Yolu açmalı idim?

- Necə düşünürsünüz, “Novorossiya” layihəsi niyə iflasa uğradı, yaxud da həqiqətənmi iflas etdi?

- Putin hesab edir ki, Ukraynanın cənubunun bütünlüklə zəbt edilməsi Krım ssenarisi üzrə baş verəcək. O, Krıma görə eyforiyaya qapıldı və Ukraynada müqavimətin miqyasını nəzərə almadı. “Novorossiya” layihəsinə gəlincə, əslində bu heç də layihə deyildi. Rusiyanın təcavüzünə yerli əhalinin 10 faizinə qədəri dəstək verirdi. Yad təcavüzü dəstəkləyənlər hər zaman olur.

- Siz indi Putinin yerində olsaydınız nə edərdiniz?

- Təsəvvür edə bilmirəm. Bəs siz?

- Mənim cavabım sizin xoşuna gəlməyəcək. Məncə, sonuna kimi getmək lazımdır. Mən Mariupolu alardım...

- Mariupolu almaq yarım il ağır döyüşlər aparmaq deməkdir. Onu ötən ilin aprelində götürmək olardı, amma indi xeyr. Orada altı yüz min əhali yaşayır. Bundan başqa bir neçə xətdən ibarət müdafiə istehkamları tikilib. Ukrayna qəti şəkildə Qərb seçimini edib. Ukrayna yaxın gələcəkdə Rusiyaya yaxınlaşmaq niyyətində deyil.

- Sizcə, Luqansk və Donetskin taleyi gələcəkdə necə olacaq?

- Putindən sonra nə qədər tez olacağını bilmirəm amma qapalı sistemlərdə müşayiət olunan mexaniki yorğunluq müşahidə olunacaq. Putindən sonra Rusiya 2-3 il xaos içində olacaq. Şaquli hərəkətdən sonra mütləq qaranlıq dövrlər çökür. Bu, qanlı olmasa yaxşıdı. Sonra isə… Şimali Qafqaz ayrılacaq, Tatarıstan və Başqırdıstan özünü göstərəcək, Uzaq Şərq çoxdandır ki, Yaponiya və Çinə meyl edir. SSRİ-dən sonra baş verən hadisələr təkrar olunacaq. Luqansk və Donetsklə isə sovet qoşunlarının tərk etdikdən sokrakı Əfqanıstanı xatırladacaq Həmin torpaqlar həmişə olduğu kimi Ukraynanın olacaq.

- Niyə indiyə qədər 2014-cü il 2 may tarixində Odessada baş verən hadisələrin araşdırılmasının nəticəsi yoxdur?

- Necə yəni yoxdur? Ola bilər ki, Rusiya təbliğatında nəticə yoxdur. Amma hər şey çoxdan aydındır.

- Odessada sizi çox sevmirlər. Axı Siz öz komandanızla gəlmisiniz…

- Əslində komandam şəffaf müsabiqə əsasında yerli sakinlərdən toplanıb. 6 min namizəd var idi, onlardan seçilən 26 nəfər bu gün şöbə müdirləridir. Mənə qarşı heç bir nifrət də yoxdur. Axı niyə nifrət etməlidirlər? Odessada gəlmələri sevmirlər? Odessa SSRİ-də yeganə beynəlmiləl şəhər idi. Düzdür, Bakı da var idi amma orada 3 əsas xalq var idisə, burada onlar 103-dür. Bilirsiniz, Odessa sakinlərinin başlıca 3 özəlliyi nədir?

- Korrupsiya, korrupsiya və korrupsiya.

- Heç də belə deyil. Nə vaxtsa, ola bilər. Dünyada nə vaxtsa kannibalizm dəbdə idi, amma bu gün yoxdur. Odessanın üç xüsusiyyəti istedad, tədbirlilik və açıqlıqdır. Mən insanlarla daim görüşürəm, hamını dinləməyə çalışıram. Doğrudan da, buna dözmək mümkün deyildi. Korrupsiya ilə mübarizə çox asandır. Bilmirəm kim rusiyalıları inandırıb ki, korrupsiya məğlubedilməzdir. Vacib olab 2-3 real addım atmaqdır və insanlar hər şeyi anlayacaqlar.

- Siz Odessada yol polisini ləğv etmək niyyətindəsiniz?

- Faktiki olaraq ləğv edilib. Onlar nəyə lazımdırlar? Patrul polisi işin öhdəsindən tamamilə gəlir.

- Maraqlıdır, qanuni oğrular sizi niyə öldürmədilər? Yəqin ki, bütün biznesi daşımaqdan qubernatoru aradan götürmək daha asandır...

- Qanuni oğrular biznesini Odessa vilayətindən daşıyırlar. Praqada keçirilən “sxodnyak”da bu barədə qərar qəbul edilib. Məni niyə öldürmürlər? Onlar qorxaqlardır. Peşəkar cinayətkarlar ümumiyyətlə əksər hallarda qorxaq olurlar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR