Müsahibə
“Ölüm yaxınlaşıb, yaşamaq istəyirəm” - Habil Əliyevin son müsahibəsi - VİDEO
"Bilirsiniz sizi qorxudan odur ki, artıq ölüm vaxtım
çatıbdı. Haqlısınız, amma nətər şeydirsə, adam ölüm vaxtı çatandan
sonra çox yaşamaq istəyir. Həyat onda daha da
şirinləşir".
Bu sözləri mərhum xalq artisti Habil Əliyev ANS TV-də yayımlanan
Hesabat verilişində Mir Şahinə son müsahibəsində demişdi.
Xalq artisti həyatdan köçmək istəmirdi. O bunu müsahibəsində də
bildirmişdi. Habil Əliyev deyirdi ki, insan hiss edəndə ki, ölüm
vaxtı çatıb, həyatdan əl çəkmək istəmir.
"Həyat var, Allaha şükür yaşayırıq. Əziyyət çəkimişik, bu günlərə
gəlmək üçün. Gəlib çıxmışıq da, niyə qoyum gedim bütün bunları?
Ancaq getmək istəmədim. Ölüm dayandı. Onu ləngitdim. Mən yox, daha
doğrusu Allah ləngitdi. Bu saat heç kimə etibar yoxdur. Hələ ki,
ləngitmişəm. İnşallah mənə belə gəlir ki, Allah imkan verər, hələ
bir-iki işim var, onları da görüm qurtarım. İş qurtarmır da, iş
qurtarmır. Qurban olum Allaha, saxladı bu dəfə məni. Dedi nə işin
varsa gör, amma qudurma. Söz verdim ki, qudurmaq mənim qanımda,
nəslimdə olmayıbdı. Mən də qudurmayacam. Amma nə qədər imkanınız
var qoyun bir az yaşayım. Yaşamağın qədrini hələ indi bilirəm.
Yaşamaq get-gedə gözəlləşir. Çox şükür Allaha, qoca yaşımda nə
görmək istəyirdimsə hamısını görürəm. Bundan böyük arzu ola
bilməz", - deyə Habil Əliyev ötən il ANS-ə verdiyi müsahibəsində
bildirmişdi.
Bilmirik, Habil Əliyev Allahın ona verdiyi ömür payında dediyi
bir-iki işini görə bildi ya yox, bircə onu dəqiq bilirik ki, o,
xalqın ürəyində, yaddaşında silinməz iz buraxdı.
Allah rəhmət eləsin Sizə...
Müsahibəyə daha ətraflı aşağıdakı videomaterialda baxa
bilərsiniz
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü