“Qarabağ” özünü rahat hiss etmirdi”
Bizi izləyin

Müsahibə

“Qarabağ” özünü rahat hiss etmirdi”

Premyer Liqanın 9-cu turunda “Qarabağ” üzərində qələbə qazandıqları oyundan (1:0) sonra “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev Qol.Az saytına müsahibə verib.

- Çox sevincli görünürsüz...

- Tribunada artıq mən də azarkeşlərdən biri oluram və onlardan seçilmirəm. Bu gün azarkeşlər elə bir atmosfer yaratmışdılar ki, “Qarabağ”ın futbolçuları meydanda özlərini rahat hiss etmirdilər. Qazanılan qələbənin 50 faizi də azarkeşlərin payına düşür. Təbii ki, onlar kimi mən də çox sevincliyəm. Bütün klubumuzu, “Sumqayıt”sevərləri təbrik edirəm.

- Komandanızın oyununu bəyəndiniz?

- Biz bu həftə Avropanın nəhənglərindən olan “Monako” ilə bərabər səviyyədə oynayan bir komanda ilə qarşılaşdıq. Amma bizimlə oyunda bir-iki epizoddan başqa demək olmaz ki, “Qarabağ”ın şansı çox idi. Komandamız meydanda həqiqətən də əzmkarlıq göstərdi . Qol vurmaq üçün çox fürsətimiz olmasa da, qələbə qazandıq.

- Dediniz ki, qələbədə azarkeşlərin payı 50 faizdir. Bəs, neçə faizi yeni baş məşqçinindir?

- Digər 50 faiz isə baş məşqçi və futbolçuların payına düşür. Bu qələbə kollektiv əməyin sayəsində əldə edildi.

- Bu gün matçda kifayət qədər azarkeş var idi. Çox azarkeş isə oyunu ayaq üstə izləyirdi. Gələcəkdə stadionun tribunalarının artırılacağı nəzərdə tutulur?

- Bu sualı kompleksin sahibinə vermək olar. Biz bu məsələ ilə bağlı müraciət etməmişik. Amma açığı, azarkeş tutumu həqiqətən də azdır. Deyə bilərəm ki, 5 minlik, hətta 8 minlik tribunalarımız olarsa, azarkeşlərimiz stadionu tam dolduracaq.,

- “Sumqayıt bu gün lideri əliboş yola saldı. Komandaya mükafat veriləcək?

- Təbii ki.

- Mükafat nə qədər olacaq?

- Bunu futbolçulardan soruşarsınız. Məbləği onlara açıqlamışam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm