Müsahibə
Suriyada iki oğlunu və gəlnini itirən azərbaycanlı ata danışdı – MÜSAHİBƏ
Bir neşə ay öncə Suriyanın Əl Rakka şəhərində Bəşər Əsəd
qüvvələrinə qarşı döyüşlərdə həlak olan azərbaycanlı Babək Azəri və
bu günlərdə elə həmin şəhərdə kürdlərlə döyüşlərdə ayağından
yaralanan Emin Azərinin Rusiyanın Noyabrsk şəhərində yaşayan
ataları İlyas bəy Avrasiya.net-in suallarını
cavablandırıb.
Qeyd edək ki, Azərilər ailəsi, yəni 21 yaşlı Babək, onun həyat
yoldaşı Kristina (Xədicə) və qardaşı 22 yaşlı Emin ötən ilin
noyabrında Rusiyanın Noyabrsk şəhərindən dini təhsil almaq üçün
Türkiyəyə oradan isə Suriyaya gedib. Babək dünyasını dəyişəndən
sonra Emin onun həyat yoldaşı ilə birlikdə Suriyada qalıb döyüşü
davam etdirməyi qərarlaşdırıblar.
- İlyas bəy, Emindən nə xəbər var?
- Hələ müalicə alır, yarası sağalmaq üzrədir.
- Bəs Babəkin həyat yoldaşı necədir, nəvə gözləyirdiz,
dünyaya gəldimi?
- Hələ ki, müalicə alır. Babəkin yadigarı olmadı, heyif. Körpəni
bətnində saxlaya bilmədi. Görünür şərait pis olub.
- Bəs orada niyə qalıblar, gəlsinlər vətənə, sizin
yanınıza.
- Gəlmək istəmirlər, müxtəlif təkliflər edirəm, faydası yoxdur. Mən
belə əqidə görməmişəm.
- Bəs deyirlər ki, kimin əri orada ölür, onun arvadı
başqasına ərə gedir?
- Boş söhbətdir, o qadından asılıdır. Onların şəriət məhkəməsi var
və qadının istəyi əsas götürülür.
- Bəs Babəkin yoldaşının aqibəti necə
olacaq?
- Şəhid ailələrinə ayrıca ev verilib, tək deyil. Babəkin şəhid
dostunun, Müslümün yoldaşı, körpəsiylə birgə qalır.
- Müslüm kimdir?
- Rus idi, Noyabrsk şəhərindən, İslam dinini qəbul etmişdi.
- Əsl adı nəydi bəs?
- Vyaçislav
- Neçə yaşı vardı?
- 21.
- Arvadı da rusdur?
- Xeyir, çeşen qızıdır. Adı Fatimədir.
- O da ərə getməyib?
- Yox. Şəriət məhkəməsi qadınların istəyini nəzərə alıb. Bizim
mətbuatda çoxlu hədyanlar yazırlar, heç biri də həqiqət deyil. Mən
İŞİD tərəfdarı deyiləm, amma haqqın tərəfdarıyam. İsrailin raket
zərbəsindən parcalanan uşaq cəsədini İŞİD-in adına yazırlar. Bu
kimi yazıları verməklə kimə xidmət etdiklərini unudurlar.
- Siz özünüz necə, gedib orada
vuruşardınız?
- Yox, əlbəttə. Mən müsəlman qanını axıdanlara qarşıyam. Nə fərqi:
şiədir, sünnüdür, ələvidir və ya başqasıdır. Axır ki, Allaha itaət
edir. Bütün bu hadisələr xristian Qərbin qurmalarıdır. Əfsuslar
olsun ki, islam dünyasının birliyi yoxdur.
- Müslüm də Babəkin ailəsi ilə birgə getmişdi
Türkiyəyə?
- Bəli, onlar möhkəm dost idilər. Babəkdən bir ay sonra o da şəhid
oldu.
- O da ailəsi ilə getmişdi?
- Bəli.
- Sizin şəhərdən Suriyaya cox adam gedib?
- 21 nəfər.
- Neçəsi ölüb?
- Hələ ki, ikisi.
- Gedənlərin hamısı müsəlman idi?
- Təbii. Bunu mənə hüquq-mühafizə orqanlarından deyiblər.
- Babəklə Emin necə yaşından dini təhsil almağa
başladılar?
- Babək 10, Emin bir az sonra.
- Bütün bunlar sizin gözünüzün qarşısında baş verib.
Amma siz görməmisiz ki, onlar dini qruplaşmalarda
olurlar…
- Yox, onlar Quranı oxuyur, dini kitablar oxuyurdular. Bəzən
mübahisələrimiz düşürdü. Çox vaxt bizim mollaların hərəkətlərini
misal gətirirdilər, fırıldaqlarını açırdılar. Amma həqiqəti
deyirdilər.
- Onlar Türkiyəyə getməzdən öncə sizin evə saqqallılar
gəlib, gedirdilər?
- Bizim evə heç kim gəlmirdi. Babəkin saqqalı var idi, amma çox da
deyildi. Deyirdi kişinin üzündə tük olar. Bunlar əsas deyildi, əsas
onları bu yola yönəldən artıq işini görmüşdü. Onlar bizdən
gizlədirdilər, açıq danışmırdılar. Həm də onlar başqa şəhərdə
yaşayırdılar, biz nə bilək. Nə isə, görürəm jurnalist marağınız
genişdir. Amma hər fikri yazmağa məsləhət görməzdim. Mən ziyalı
olduğumçün maraqlarınızı başa düşürəm. Amma yenə də….
- Məqsədim bunu yazmaqla neçə-neçə Babək kimi
qardaşlarımızı bu yoldan çəkindirməkdir...
- Bir cavan övladını itirmiş, ikincini də itirmiş kimiyəm. Heç bir
ataya bunu arzulamıram, hətta düşmənimə də. Əqidə saflığı lazımdır,
lakin bu əqidənin bəşəri dəyərlərə söykəndiyinin əminliyi varsa.
Haqqın dərgahında, düzlüyün istiqamətində hərəkət etməklə Allahın
haqq yolunda olduğunuzu biləndə insan rahat olur.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var