• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Milli Məclisin sədr müavini: “Arif Rəhimzadə mənə zəng edə bilir, sən edə bilmirsən?“

Milli Məclisin sədr müavini: “Arif Rəhimzadə mənə zəng edə bilir, sən edə bilmirsən?“

Milli Məclisin növbədənkənar sessiyasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Publika.Az xəbər verir ki, dəyişiklərə əsasən, məişət tullantıları zərərsizləşdirmək məqsədilə tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə isə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.

Müzakirələr zamanı çıxış edən millət vəkili Elmira Axundova bildirib ki, Bakıda Dənizkənarı Milli Parkdan başqa heç bir yerdə nəiki yüz, bir neçə yüz metr məsafədə zibil qabları qoyulmur:

"Yerli kommunal xidmətlər bu işə nəzarət etməlidirlər. Əgər etmirlərsə, kənar yerlərə zibil atan vətəndaşları qınamağa dəyməz".

Layihə barədə ona məlumat verilmədiyini, mahiyyətinini izah olunmadığını bildirən Elmira Axundovaya cavab verən Milli Məclis sədrinini irinci müavini bu cür məsələləri iclasda müzakirəyə çıxarmağın düzgün olmadığını vurğulayıb:

"Bununu üçün əvvəlcədən layihənin hazırlandığı komitəyə müraciət edib layihə barədə məlumat almaq lazımdır".

Layihənin hazırlandığı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun məsələyə münasibəti daha kəskin olub:

"Arif Rəhimzadə kimi ağsaqqal, neçə illərdir dövlətə, millətə xidmət edən insan zəng edib məndən layihə barədə məlumat istəyir, sən zəng edib soruşa bilmirsən? Mən Arif Rəhimzadədən zəng gələndə özüm-özümdən utandım".

Müzakirələrdən sonra təkliflər səsverməyə qoyularaq qəbul olunub.

Elməddin Muradlı

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR