Müsahibə
Stilist Anar Ağakişiyev: “Samir Əliyev haqqında...“
Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyevin Publika.Az-a müsahibəsi
- Bugünlərdə həmkarınız Samir Əliyev Azərbaycan bayrağının
rənglərindən hazırladığı şərfin üzərində skelet başlarının
şəkillərini həkk etdirmişdi. Bununla bağlı DİN-ə çağırılıb izahatı
alındı. Samir Əliyevin bu əməli haqqında fikriniz nədir?
- Samir Əliyev haqqında bir söz demək istəmirəm. O, özü bilər, öz
işidir. Sadəcə olaraq, onu deyə bilərəm ki, bayraqdır, gerbdir,
bunlar müqəddəsdir. Modada bayraqdan istifadə edərkən gərək,
diqqətli və səliqəli olasan. Dövlət rəmzlərinə ehtiyatla yanaşmaq
lazımdır.
- Stilistlər müğənnilərin simasında elə dəyişiklik edirlər ki,
maraqlı və gözəl olur. Amma buna baxmayaraq, həmin müğənniyə baxan
bəzi tamaşaçılar stilistin gördüyü işlə razılaşmırlar...
- Kütlənin zövqü ilə stilistin zövqünün uyğun gəlməməsi neçə
illərdi ki, davam edir. Çünki fikirlər azaddır, müxtəlifdir. Ancaq
stilistlərin zövqü ilə razılaşmayan insanlar bir müddətdən sonra
hər şeyi anlayırlar. Bu, hər zaman belə olub.
- Aygün Kazımova ilə Röya Ayxanın dostu olaraq, onların
savaşmalarını necə qiymətləndirirsiniz?
- Bilmək olmur ki, sabah başımıza nə iş gələ bilər. Məncə, burada
elə də faciəvi bir şey yoxdur. Normal qəbul edirəm. Biz insanıq.
Ola bilər ki, əsəb pozğunluğumuz və yaxud da baş gicəlləndirəcək
bir şey olsun.
Tamaşaçılara da onu demək istəyirəm ki, belə şeylərlə az
maraqlansınlar. Təəccüblüdür ki, tamaşaçılar özləri ilə bağlı olan
məlumatlarla deyil, kənarda baş verənlərə maraq göstərirlər.
Müğənnilərin həyatı ilə deyil, yaradıcılıqları ilə maraqlansalar,
daha yaxşı olar.
- Şou-biznesdə sizinlə bərabər 3 stilist Anar var. Onlar Anar
Məlik və Anar Şaneldir. Onların içərisində daha çox siz
tanınırsınız. Bəs o biri stilistlərin adları sizin iş prosesinizə
təsir etmir?
- Heç bir maneçilik yaratmırlar. Ola bilsin ki, əvvəllər səhv
salırdılar. İndi isə belə bir şey yoxdur. Çünki ən azından mənim iş
stajım onlardan qat-qat üstündür və məni həm Azərbaycanda, həm də
xaricdə tanıyırlar. Onlar da çalışırlar. Ortalıqda heç bir rəqabət
yoxdur. Ruzini göndərən Allahdır.
Gürcüstanda və Rusiya yaşayan həmyerlilərimiz məni daha çox
tanıyırlar. Müğənni ilə stilistin tanınmağı bir az fərqlidir.
Demirəm müğənnilər gecə-gündüz telekanallardan düşmürlər deyə,
məşhurdurlar. Sözüm odur ki, biz kütlə arasında tanınırıq.
- Hazırda hansı tanınmış müğənnidən sifariş almısınız?
- Xarici müğənnilərdən heç kimdən sifariş almamışam. Çünki vaxt
qıtlığından əziyyət çəkirəm. Yerli müğənnilərimizin sifarişlərini
çatdıra bilmirəm, qaldı xarici müğənnilər... daha çox yerli
müğənnilərdən təkliflər var.
- Stilistika baxımından müğənnilərimizin fikirləri ilə sizin
fikirlərinizin uyğun gəlməməsinin səbəbi nədir?
- Müğənnilərimizə zövqsüz deməzdim. Sadəcə olaraq, onlar
fikirlərində geri qalıblar. Vaxtları olmur ki, stilistikaya vaxt
ayırsınlar. Günlərinin çox hissəsini mahnılarına həsr edirlər. Bu
mənada onları anlayıram.
- Hazırda işləriniz nə yerdədir?
- İnşallah, iyulun 1-i ad günümdə saytımın təqdimatını keçirəcəyəm.
Hazırda bunun üçün çalışıram.
Fuad Mədətov
Publika.Az
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı